Icma.az
close
up
RU
Bu gün dənizçilərin peşə bayramıdır

Bu gün dənizçilərin peşə bayramıdır

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hər il iyunun 25-i dənizçilərin günü kimi qeyd olunur.

Bakıvaxtı.az xəbər verir ki, iyunun 25-i dünyada Beynəlxalq Dənizçi Günüdür. Ölkəmizdə isə bu gün həm də “Dənizçi günü” peşə bayramı kimi qeyd edilir.

Beynəlxalq Dənizçi Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) beynəlxalq günlər sistemində Beynəlxalq Dəniz Təşkilatının təşəbbüsü ilə qeyd olunur. Bu günün qeyd edilməsi haqqında qərar təşkilata üzv dövlətlər tərəfindən 2010-cu ildə Filippinin paytaxtı Manilada keçirilən konfransda qəbul olunub. Bütün dənizçilik peşələrinin nümayəndələri üçün xüsusi günün təsis edilməsi onların beynəlxalq ticarətin, dünya iqtisadiyyatının və bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına əvəzsiz töhfələrinə görə zəruri hesab olunub.

Beynəlxalq Dənizçi Gününün bu il üçün mövzusu “Dünya ticarətini də, riskləri də daşıyırlar”dır. Bu mövzu xatırladır ki, dənizçilər heç vaxt geosiyasi münaqişələrin qurbanı və ya aləti olmamalıdır. Hökumətlər və sənaye sektoru əmək standartlarını qorumaq, beynəlxalq hüquqa hörmət etmək və bütün dənizçilərin təhlükəsizliyini təmin etməklə onları dəstəkləmək və müdafiə etmək məsuliyyətini daşıyır.

BMT-nin Baş katibi Antonio Quterreşin bu əlamətdar gün münasibətilə müraciətində deyilir: “Bütün malların və məhsulların — qidadan dərmanlara, enerjidən digər zəruri ehtiyaclara qədər demək olar ki, 90 faizi bizə dəniz yolu ilə çatdırılır. Lakin dövlətlər arasında qarşıdurmalar baş verdikdə dənizçilər çox vaxt hadisələrin ortasında qalırlar. Hörmüz boğazında baş verən son hadisələr nəticəsində on minlərlə dənizçi dünyanı yanacaq və ərzaqla təmin etmək üçün vətənlərindən uzaqda çalışarkən çətin vəziyyətə düşüblər. Quruda yaşayan insanların çoxu dənizin və dəniz daşımalarının həyati əhəmiyyətini yalnız böhran zamanı anlayır. Bu səbəbdən onları bəzən “dəniz korluğu” yaşayan insanlar adlandırırlar. Gəlin, dənizçilərin cəsarətini və peşəkarlığını ehtiramla yad edək və bütün fırtınalara sinə gərmələri üçün onların yanında olaq”,

Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominquezin müraciətində isə diqqətə çatdırılıb ki, hər gün milyonlarla dənizçi qlobal ticarətin fasiləsiz olmasını təmin edir: “Süfrəmizdəki qida məhsulları, iqtisadiyyatlarımızı hərəkətə gətirən enerji, xəstəxanalara çatdırılan dərmanlar və gündəlik həyatımızı dəstəkləyən saysız-hesabsız məhsullar dənizdə çalışan insanların fədakar əməyindən asılıdır. Onların qlobal iqtisadiyyata verdikləri töhfə əvəzsizdir, lakin bu zəhmət çox vaxt görünməz qalır. Bu il qeyd olunan Beynəlxalq Dənizçilər Günü bir çox dənizçinin hələ də yüksək təhlükəsizlik riskləri və qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərdiyi bir dövrə təsadüf edir. Son hadisələr gərginliyin azalacağına ümid versə də, çoxsaylı ekipaj üzvləri hələ də təsirlənmiş bölgələrdə xidmət göstərir, çətin şəraitdə öz vəzifələrini peşəkarlıqla və dözümlülüklə yerinə yetirməyə davam edirlər. Dənizçilik ictimaiyyəti daha sabit gələcəyə doğru irəliləyərkən qlobal gəmiçiliyin arxasında duran insanları unutmamaq vacibdir. Onların təhlükəsizliyi, rifahı və ləyaqəti həm dənizçilik sənayesinin, həm də beynəlxalq gəmiçilik ictimaiyyətinin ortaq prioriteti olaraq qalmalıdır”.

Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da dənizçilik peşəsinə və dənizçilərin fəaliyyətinə yüksək dəyər verilir. Ölkəmizdə “Dənizçi günü” peşə bayramı Prezident İlham Əliyevin 19 iyun 2014-cü il tarixli Sərəncamı ilə elan olunub.

Azərbaycanda gəmiçiliyin qədim tarixi var. Sovet İttifaqı dövründə Ümummilli Lider Heydər Əliyev respublikamızda bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərib. Müstəqillik illərində də bu mühüm sahə, Xəzər donanması məhz Ulu Öndərin sayəsində qorunub saxlanılıb, dəniz nəqliyyatı sektorunda əsaslı islahatlar həyata keçirilib. Ümummilli Liderin kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında dəniz limanlarının, habelə Gəmiqayırma zavodu, gəmi təmiri müəssisələrinin işi daha da təkmilləşdirilib.

Prezident İlham Əliyev 2018-ci il mayın 14-də paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində bu mühüm obyekt hazırda qlobal miqyasda aktual olan Orta Dəhlizin ən mühüm komponentlərindən birinə çevrilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 İyun 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri