Icma.az
close
up
RU
Bu gün şahmat üzrə Azərbaycan çempionatı başlayır

Bu gün şahmat üzrə Azərbaycan çempionatı başlayır

Icma.az bildirir, sport24.az portalına istinadən.

Bu gün kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatına start veriləcək. Sport24.az xəbər verir ki, yarış Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

6-22 fevral tarixlərində təşkil olunacaq çempionat Bakı şəhərində, "Landmark" otelinin "Rotunda" zalında baş tutacaq. Yarış olimpiya sistemi üzrə, FİDE oyun qaydalarına əsasən keçiriləcək.

Kişilərin yarışında 30, qadınların mübarizəsində isə 16 şahmatçı çıxış edəcək. Ötən il olduğu kimi bu il də ölkənin aparıcı şahmatçıları çempionluq uğrunda mübarizə aparacaq. Kişilərin turnirində rapid və 20 yaşlılar arasında dünya çempionu, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, altıqat Azərbaycan çempionu və komandalar arasında üçqat Avropa çempionu Rauf Məmmədov, milli komandanın üzvü, qitə çempionatının qalibi Eltac Səfərli iştirak edəcək. Qadınların yarışında isə son Azərbaycan çempionu Günay Məmmədzadə, şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyeva, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva və digər tanınmış şahmatçılar mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 92 min manat təşkil edir. Bunun 62 min manatı kişilərin, 30 min manatı isə qadınların yarışına ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://sport24.az
archiveBu xəbər 06 Fevral 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri