Bu gün satılmayan mənzil sabah ikiqat qiymətə? Ekspert sirləri açdı
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda mənzil bazarında qiymət artımının əsas səbəblərindən biri tikinti sektorunda rəqabətin zəifliyi və yeni tikinti qaydalarıdır.
Globalinfo.az xəbər verir ki, “Haradan başlamalı” layihəsində danışan əmlak üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, tikinti şirkətləri maliyyə çətinliyi yaşamadıqları üçün mənzilləri satılmasa belə, bazarda saxlayır və illər sonra daha baha qiymətə satmağı üstün tuturlar.
O bildirib ki, yeni şəhərsalma əmsalları torpağın tikinti xərclərində payını əhəmiyyətli dərəcədə artırıb və bu da kvadratmetrin qiymətinin 4000-5000 manata yüksəlməsinə səbəb olub.
Bundan başqa, ekspertin fikrincə müəyyən amillər var ki, onlar da 2026-cı ildə də mənzil qiymətlərinin artımını qaçılmaz edir.
Ramil Osmanlı həmçinin ölkədə hazırda təxmini yarım milyona yaxın sənədsiz evlərin olduğunu bildirib.
Onun fikrincə, daşınmaz əmlak insan həyatında ən bahalı əşya hesab olunur:
“Azərbaycan mental xüsusiyyətlərinə görə, daşınmaz əmlaka olduqca həssas yanaşılır. Dünyada bəlkə az sayda xalq var ki, bizim qədər əmlaka həssas yanaşır. Daşınmaz əmlakın əldə olunması, saxlanması, idarə olunması və sair məsələsində onun bur mülkiyyət subyekti kimi mülkiyyətini təsdiq edən sənədin olması ən vacib faktorlardan biridir.
Tikinti şirkətinin rəhbəri ilə söhbət zamanı açıq şəkildə etiraf edənlər olur: “Mənim pula ehtiyacım yoxdur. Satılmır, qoy satılmasın. Bu gün 2 minə sata bilmədiyim yeri 2 il sonra 4 minə satacam” deyirlər”.
Daha ətraflı videoda:
Baxış sayı:108
Bu xəbər 25 Yanvar 2026 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















