İnsanlar məcbur qalıb bu mənzilləri dəyərindən artıq qiymətə alırlar Ekspert
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Son bir neçə ildə ipotekaya yararlı evlərin qiyməti çox bahalaşıb. Alıcılıq qabiliyyəti yüksək olanda təbii ki, qiymət artımı baş verir”.
Bunu 525.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, üç, dörd və beşmərtəbəli binaların əksəriyyəti istismar müddətini bitirib. Onların bir hissəsi yaxın vaxtlarda söküləcək. Ona görə də həmin binalar ipoteka üçün yararlı deyil. İpoteka yararlı yeni tikili binalardakı çıxarışlı mənzillər və köhnə 9 mərtəbəli binalardır:
“Sadalananlardan başqa mənzil olmayanda satışa çıxarılan evlərin qiyməti bahalaşır. Bunun da zərəri insanlara dəyir. Belə ki, alternativ olmadığı üçün insanların məcbuir qalıb ipotekaya yararlı mənzilləri dəyərindən artıq qiymətə almalı olurlar”.
Sevinc QARAYEVA


