Icma.az
close
up
RU
Bu gün Türkiyə Böyük Millət Məclisi 105 yaşını qeyd edir

Bu gün Türkiyə Böyük Millət Məclisi 105 yaşını qeyd edir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbul, 23 aprel, Günel Karatepe, AZƏRTAC

Bu gün Türkiyədə 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur. Bu gün, eyni zamanda Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışından 105 il ötür.

AZƏRTAC xəbər verir ki, parlamentin fəaliyyətə başlaması münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının Ulu Öndəri Mustafa Kamal Atatürk tərəfindən uşaqlara həsr edilib.

Türkiyə Respublikasının ilk milli bayramı olan bu mötəbər gün hər il qardaş ölkə ilə yanaşı, Şimali Kipr Türk Cümhuriyyətində, eləcə də Türkiyənin xarici nümayəndəliklərində rəsmi mərasimlərlə və böyük coşqu ilə qarşılanır. Hər il 23 aprel tarixində Türkiyədə uşaqlar birgünlük dövlətin rəsmi orqanlarının başına keçir, prezident, nazir və digər dövlət qurumlarının rəhbərləri qismində çıxış edirlər. Bu ənənə 1933-cü ildə Qazi Mustafa Kamal Atatürk tərəfindən başladılıb və günümüzədək davam etdirilir.

Türkiyədə 1921-ci ildən etibarən “23 Aprel Milli Bayramı” adı ilə qeyd olunmağa başlanan bu tarix 1927-ci ildən etibarən uşaqlara həsr edilib. Bayramın uşaqlara həsr edilməsinin əsas məqsədi isə azyaşlıların şən gün keçirmələri ilə yanaşı, dövrün “Himaye-i Etfal Cəmiyyəti”, yəni, kimsəsiz uşaqlara gəlir gətirmək olub. Türkiyədə bu günün rəsmi adı 1935-ci ildə "Hâkimiyet-i Milliye Bayramı", 1981-ci ildə isə “Milli Suverenlik və Uşaq Bayramı” olaraq təsis edilib.

UNESCO tərəfindən 1979-cu ilin “Uşaq ili” elan edilməsindən sonra Türkiyənin Dövlət Radio və Televiziya Qurumunun “TRT Beynəlxalq 23 Aprel Uşaq Şənliyi”ni başlaması ilə bu bayram beynəlxalq səviyyəyə yüksəldilib.

Hər il olduğu kimi, bu il də 23 Aprel münasibətilə rəsmi mərasimlərlə yanaşı, Türkiyənin hər guşəsində uşaqlar üçün bayram şənlikləri, yarışlar, teatr tamaşaları, konsertlər və bir çox digər əyləncəli proqramlar keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri