Icma.az
close
up
RU
Bu gün türkoloq alim Cavad Heyətin anadan olmasından 100 il ötür

Bu gün türkoloq alim Cavad Heyətin anadan olmasından 100 il ötür

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 24 may, AZƏRTAC

Cavad Heyət türkologiya, folklorşünaslıq, ədəbiyyatşünaslıq, tibb sahəsinə paralel və səbatlı fəaliyyəti ilə çağdaş Azərbaycan və Türk dünyasının görkəmli simalarından biri kimi tanınır. Onun irsi yalnız klassik dövrün ədəbi, tarixi şəxsiyyətlərinin araşdırılması və dəyərləndirilməsi ilə tamamlanmır, bu türk sevdalısının həyatı daim dilimiz, ədəbiyyatımız, milli kimliyimiz uğrunda mübarizədə keçib.

Bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, elmlər doktoru Pərvanə Məmmədlinin görkəmli türkoloq-alim Cavad Heyətin anadan olmasının 100 illiyi ilə bağlı AZƏRTAC-a təqdim etdiyi yazısında yer alıb.

Cavad Heyətin tədqiqatları sırasında iki cilddə “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” adlı elmi əsəri mühüm yer tutur. Bu əsər ilk dəfə Tehranda 1980-1990-cı illərdə çap olunub, bundan sonra Bakıda (1993) nəşr edilib. Onun “Müqayisəti-tül-Lüğəteyn” (1984, 1993), “Türk dili və ləhcələrinin tarixinə bir baxış” (1987), “Azərbaycan şifahi xalq ədəbiyyatı” (1986, 1990), “Türklərin tarix və mədəniyyətinə bir baxış” (1988, 1993) və “Ədəbiyyatşünaslıq” (1995, 1997) kimi elmi əsərləri də Azərbaycan türkologiyasına bəxş etdiyi töhfəsi hesab olunur. Bu əsərlərin əksəriyyəti həm Azərbaycanda, həm də Türkiyədə dəfələrlə nəşr olunub və tədqiqatçılar tərəfindən etibarlı mənbə olaraq istifadə edilib. Cavad Heyətin 13 orijinal müəllif əsəri və 357 elmi məqaləsi mövcuddur ki, onların böyük bir qismi türkologiya və ədəbiyyat tarixi kontekstində aparılmış sistemli araşdırmalardır.

Cavad Heyət, klassik və çağdaş ədəbiyyatın dərin bilicisi idi. O, Nizaminin hikmətini, Hafizin təfəkkürünü, Füzulinin əzəmətini yaddaşında yaşadırdı. O, Yəhya Kamalı, Tofiq Fikrəti əzbər bilirdi, amma qəlbində poeziyanın zirvəsi Şəhriyar idi. Çünki Şəhriyar da onun kimi həm yanan, həm də yandıran bir səs idi. C.Heyət Şəhriyar şeirlərindəki milli ruhu, insan sevgisini, ədalət axtarışını öz yaradıcılığında da əks etdirirdi.

Cavad Heyətin “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” əsəri Azərbaycan ədəbiyyatının inkişaf mərhələlərini sistemli şəkildə təhlil edən önəmli bir tədqiqatdır. Bu əsərdə o, klassik dövrün nəhəngləri olan Nizami, Xaqani, Füzuli, Vaqif kimi şairlərin yaradıcılığını, onların dövrünün ictimai-siyasi şəraiti ilə əlaqələndirərək analiz edirdi. O, bu şairlərin əsərlərindəki milli ruhu, insan sevgisini, ədalət axtarışını ön plana çıxarırdı.

Cavad Heyətin “Azərbaycan şifahi xalq ədəbiyyatı” adlı əsəri, xalqımızın zəngin folklor irsinin toplanması, sistemləşdirilməsi və təhlili baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kitabda o, nağıllar, dastanlar, bayatılar, atalar sözləri kimi janrları tədqiq edərək, onların milli kimliyin formalaşmasında və nəsildən-nəslə ötürülməsində oynadığı rolu vurğulayır. O, bu irsin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini önə çəkirdi.

Cavad Heyətin “Türk dili və ləhcələrinin tarixi” İran türkologiyasının əsasını qoyan əsərlərdən biri kimi böyük əhəmiyyət daşıyır. Əsərdə türk dilinin tarixi mərhələləri, bu dövrlərə aid başlıca əsərlər, istifadə olunan əlifbalar haqqında məlumatlar xronoloji ardıcıllıqla təqdim olunub. Əsər, eyni zamanda, şahlıq rejimi zamanı hakim ideologiyanın Azərbaycan dilinin özünəməxsus zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq yazıb.

Cavad Heyət ədəbiyyat və tarixi bir-birindən ayrı sahələr kimi deyil, bir-birini tamamlayan və birlikdə bir millətin kimliyini formalaşdıran sahələr kimi görürdü. O, ədəbiyyatın tarixə, tarixin isə ədəbiyyata təsirini dərin təhlil edərək, bu iki sahənin sintezini yaradırdı. Onun əsərlərində ədəbiyyat tarixə, tarix isə ədəbiyyata çevrilirdi.

C.Heyətin “Türklərin tarix və mədəniyyətinə bir baxış” əsəri türklərin qədimdən bəri keçdiyi tarixi yolun, onların mədəniyyətinin və dövlətçilik ənənələrinin dərindən təhlilinə həsr olunub. Bu əsərdə o, qədim Çin və Bizans mənbələrinə istinad edərək, türklərin tarixini obyektiv şəkildə təqdim edir. O, türklərin dövlətçilik ənənələrini, mədəniyyətlərini, dil və ədəbiyyatlarını elmi əsaslarla təhlil edir və bu sahədəki spekulyativ yanaşmalara qarşı çıxır. Türkoloq ömrü boyu dözüm, qətiyyət və humanizm prinsiplərini öz həyatının əsas meyarları kimi qəbul edib, bu prinsipləri həm şəxsi həyatında, həm də ictimai fəaliyyətində daim rəhbər tutub.

Cavad Heyət Pəhləvi rejiminin türklərə qarşı apardığı assimilyasiya siyasətinə qarşı səssiz, lakin möhkəm bir dirəniş nümayiş etdirib. O, “Varlıq” dərgisi vasitəsilə ana dilində yazmaq, düşünmək və danışmaq hüququnu müdafiə edib, bu yolda qarşılaşdığı çətinliklərə baxmayaraq, heç vaxt geri çəkilməyib. Onun bu qətiyyəti, bir çox gənc ziyalının milli şüurunun formalaşmasında mühüm rol oynayıb. C.Heyətin “Varlıq” adlı jurnalı uzun illər boyu təkcə bir nəşr orqanı deyil, həm də azərbaycanlıların milli kimlik mücadiləsinin mühüm bir tribunasına çevrilib. Bu jurnal vasitəsilə türkcənin zəngin ifadə imkanları yenidən gündəmə gətirilir, unudulmaqda olan sözlər, deyimlər xatırlanır, xalq ədəbiyyatına, klassik poeziyaya və çağdaş dilçilik məsələlərinə dair məqalələr ard-arda çap edilirdi. Leksikoloji, sintaktik, fonetik və tarixi baxışlarla yazılmış bu məqalələr, ana dilində elmi düşüncə nümunələri yaratmaq baxımından bir məktəb rolunu oynayırdı.

Cavad Heyət öz yazılarında yalnız dilin qayda-qanunlarını izah etməklə kifayətlənmirdi; o, bu dili yaşadan insanları da unutmur, xalqın yaddaşında qalmış şair və yazıçıların irsini də tədqiq edir, müasir oxucuya təqdim edirdi. O, türk dillərinin tarixi birliyini və qarşılıqlı əlaqələrini göstərməklə yanaşı, Azərbaycan türkcəsinin də özünəməxsus inkişaf yolunu araşdırırdı. Həm klassik dövr, həm də çağdaş dövrün dil nümunələrini müqayisəli şəkildə təhlil edən Cavad Heyət Azərbaycan türkcəsinin həm elmi, həm də ədəbi dil kimi formalaşması üçün önəmli bir nəzəri baza qurmuşdu.

Ömrünün son illərində də Cavad Heyət eyni enerji, eyni ideya aydınlığı ilə fəaliyyət göstərməkdə davam edirdi. Yaşı və səhhətindəki çətinliklərə baxmayaraq, o, elmi və mədəni tədbirlərdə iştirak edir, gənc yazarların əsərlərinə “Ön söz” yazır, müxtəlif beynəlxalq konfranslarda iştirak edərək ana dili, Türk dünyası və İran türklərinin hüquqları mövzusunda çıxışlar edirdi. Onun səsi, təkcə Azərbaycan daxilində deyil, Türkiyə, Orta Asiya və Avropa universitetlərində də eşidilirdi. Hər yerdə onu bir elm adamı, ziyalı, dil və mədəniyyət müdafiəçisi kimi qarşılayırdılar.

Cavad Heyət tibdə insanların cismini, ədəbiyyatda isə ruhunu müalicə edirdi. O, yalnız mütəxəssis deyildi — o, bir çağın vicdanı, bir xalqın yaddaşı və bir millətin dirəniş simvolu idi. Onun həyatı göstərdi ki, elm, mədəniyyət və Vətən sevgisi bir insanda necə birləşə və bütöv bir xalqa necə yol göstərə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri