Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutunda Cavad Heyətin 100 illiyinə həsr edilən elmi sessiya keçirilib

Şərqşünaslıq İnstitutunda Cavad Heyətin 100 illiyinə həsr edilən elmi sessiya keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Cavad Heyət - Cənubi azərbaycanlıların mədəni-mənəvi varlığının təcəssümü kimi” mövzusunda elmi sessiya keçirilib. Tədbir görkəmli alim və ictimai xadim, doktor Cavad Heyətin 100 illiyinə həsr edilib.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan bildirilib.

Elmi sessiyanı Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü açaraq Cavad Heyətin istər cərrahiyyə sahəsində, istərsə də “Varlıq” jurnalının redaktoru, ictimai xadim kimi azərbaycançılıq və türkçülüyün təbliği sahəsində mühüm xidmətlər göstərdiyini bildirib. R.Cümşüdlü Cənubi azərbaycanlıların mədəni-mənəvi varlığının təcəssümü olan Cavad Heyətin anadan olmasının 100 illiyi ərəfəsində onun yubileyini Şərqşünaslıq İnstitutunun bu görkəmli şəxsiyyətə həsr olunmuş elmi sessiya keçirməklə qeyd etdiyini bildirib.

Daha sonra elmi sessiyada məruzələr dinlənilib. Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri dosent Səməd Bayramzadə “Cavad Heyət – xatirələrdə əbədi yaşayacaq şəxsiyyət” mövzusunda məruzə edib S.Bayramzadə Cavad Heyətin 25 min əməliyyat, o cümlədən açıq ürək əməliyyatları keçirməsini, 35 il müntəzəm şəkildə nəşr etdirdiyi “Varlıq” jurnalının Cənubi azərbaycanlıların milli şüurunun formalaşmasında mühüm rol oynadığını, Azərbaycan dili, ədəbiyyatı, tarixinə dair çoxsaylı kitabların, məqalələrin müəllifi olduğunu qeyd edib. O, Cavad Heyətin ensiklopedik məlumatlı, eyni zamanda, prinsipial, azadlığı və həqiqəti hər şeyin üstündə tutan, xalqını, Vətənini, dilini və mədəniyyətini çox sevən bir şəxsiyyət olduğunu vurğulayıb.

İnstitutun baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi “Cavad Heyət – böyük azərbaycanlı və vətəndaş” mövzusunda məruzə edib. S.Rüstəmova-Tohidi Cavad Heyətin elə təkcə “Varlıq” jurnalındakı fəaliyyətinin onun adının Azərbaycan xalqının tarixinə böyük hərflərlə düşməsinə yetərli olduğunu deyib. Məruzəçi bu böyük şəxsiyyətin Azərbaycan türklərinin milli şüurunun inkişafında, azərbaycançılığın təbliğində əvəzsiz xidmətləri olduğunu qeyd edib.

İnstitutun aparıcı elmi işçisi dosent Yeganə Hacıyeva “Azərbaycan dilinin görkəmli tədqiqatçısı Cavad Heyət” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, Cavad Heyət ömrünü Azərbaycan xalqı, dili, mədəniyyəti ilə bağlı yüksəksəviyyəli nəzəri araşdırmaların aparılmasına, Azərbaycan dilinin elmi tarixi ilə bağlı əsərlərin yazılmasına sərf edib. Qeyd edilib ki, Cavad Heyət öz tədqiqatlarında türk dillərinin təsnifatı haqqında IX əsrdən bəri mövcud fikirlərin tənqidi icmalını və türk dillərinin morfoloji quruluşunun yığcam şərhini, Türkiyə və Azərbaycan türkcəsinin tarixi inkişaf yolları haqqında müfəssəl məlumat verib.

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see214

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see210

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see165

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see156

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see151

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see147

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see145

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see145

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see139

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see136

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see134

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see133

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri