Icma.az
close
up
RU
Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Hər il 23 Aprel tarixi dünyada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd olunur. Bu xüsusi gün, insanlıq tarixinin ən dəyərli nemətlərindən biri olan kitabın və onun müəlliflərinin verdiyi töhfələri xatırlatmaq, oxu mədəniyyətini təşviq etmək və müəlliflərin hüquqlarını qorumaq məqsədi daşıyır.

Sfera.az xəbər verir ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilk dəfə 1995-ci ildə UNESCO tərəfindən təsis olunub.

Təsadüfi deyil ki, bu gün dünya ədəbiyyatının ən böyük simalarından olan Uilyam Şekspir, Migel de Servantes və İnka Qarçilaso de la Veqa kimi yazıçıların vəfat tarixi ilə üst-üstə düşür. Bu fakt, günün simvolik dəyərini daha da artırır.


UNESCO bu təşəbbüslə kitab oxumağı və müəllif hüquqlarını beynəlxalq miqyasda gündəmə gətirmək, gənc nəsillər arasında oxumağa marağı artırmaq və eyni zamanda yaradıcı insanların hüquqlarını qorumaq niyyətini ortaya qoydu.


Kitab sadəcə bir informasiya daşıyıcısı deyil, həm də mədəniyyətin, biliklərin və mənəviyyatın daşıyıcısıdır. İnsan tarixi boyu öz fikirlərini, hisslərini və təcrübələrini sözlər vasitəsilə bir nəsildən digərinə ötürüb. Bu gün, texnologiyanın inkişaf etdiyi dövrdə belə, kitab öz aktuallığını itirməyib, əksinə, müxtəlif formatlarda daha əlçatan hala gəlib.


Kitab oxumaq insan düşüncəsini formalaşdırır, tənqidi təfəkkürü inkişaf etdirir. Uşaqlarda təxəyyülün formalaşmasında, gənclərdə analitik düşüncənin inkişafında, böyüklərdə isə həyat təcrübəsinin zənginləşməsində kitabların rolu danılmazdır.


Bu gün yalnız oxucular üçün deyil, həm də yazıçılar və digər yaradıcı şəxslər üçün önəmlidir. Müəlliflik hüquqları müəllifin öz əsəri üzərindəki intellektual və hüquqi mülkiyyətidir. Bu hüquqların qorunması, yazıçıların öz əsərləri üzərində nəzarət etməsinə, ədalətli qazanc əldə etməsinə və yeni yaradıcı işlərə həvəslə yanaşmasına imkan verir.


Əsərlərin icazəsiz istifadəsi və plagiat həm yaradıcı şəxslərə, həm də ümumilikdə mədəniyyətin inkişafına zərər vurur. Buna görə də müəlliflik hüququnun təşviqi yalnız hüquqi məsələ deyil, həm də əxlaqi və ictimai məsuliyyətdir.


Azərbaycanda son illər kitab sənayesində və oxu mədəniyyətinin inkişafında müsbət dəyişikliklər müşahidə olunur. Yeni nəşriyyatların yaranması, beynəlxalq kitab sərgilərində iştirak, oxu kampaniyaları və sosial layihələr bu sahəyə diqqətin artdığını göstərir. Kitab festivalları, müasir kitabxana layihələri və elektron kitab platformaları oxucular üçün geniş imkanlar yaradır.


Bundan əlavə, yerli yazıçıların əsərlərinə maraq artıb və bu da ədəbi mühitin inkişafına təkan verir. Gənc yazarlar öz sözlərini deməyə başlayır, yeni janrlar və yanaşmalar meydana çıxır. Bütün bunlar ölkədə ədəbiyyatın yenilənməsi və oxucu-tərcüməçi-müəllif üçbucağının güclənməsi baxımından önəmlidir.


23 Aprel təkcə bir tarix deyil, bu gün, kitabın gücünə, müəllifin əməyi və insan zəkasının məhsulu olan sözün müqəddəsliyinə bir hörmət ifadəsidir. Oxumaq, düşünmək, dərk etmək və dəyişmək deməkdir. Yazmaq isə gələcək nəsillərə işıq tutmaqdır.


Bu günü qeyd etməklə həm öz intellektual inkişafımıza töhfə veririk, həm də yaradıcı insanların əməyinə hörmət göstəririk. Hər kəsin evində, çantasında və qəlbində bir kitab olsun, çünki kitab, insanın ən sədaqətli dostudur.


Bəsti Rəfizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 Aprel 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri