Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ənənəvi kitab sərgisi hazırlanıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 aprel, AZƏRTAC
23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətlə Milli Kitabxanada eyniadlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun, Azərbaycan Respublikasınında kitab və nəşriyyat işi, kitab mədəniyyəti, müəlliflik və patent hüququ, rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin nəşrləri, virtual məkanda müəlliflik hüququ və s. mövzularda Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm
linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgi bir həftə davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 23 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















