Icma.az
close
up
RU
Bu gün Xalq artisti Ağadadaş Ağayevin məhkəməsidir

Bu gün Xalq artisti Ağadadaş Ağayevin məhkəməsidir

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bu gün, Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ittiham olunur.
Binəqədi Məhkəməsində Ağadadaş Ağayevin tərəf olduğu 2 məhkəmə prosesi keçirilir. Proseslərdən birində o, müttəhim, digərində zərərçəkəndir. Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayev müttəhim statusundadır. Artıq tərəflər barışıq sazişi imzalayıblar və məhkəməyə təqdim ediblər. Ötən prosesdə Ağadadaş Ağayev cinayət işi üzrə özünün məhkəməsinə qatılsa da, 2 saat sonra keçirilən mühafizəçinin müttəhim olduğu prosesdə iştirak etməmişdi. Vəkili Asim Abbasov bunu Ağadadaş Ağayevin səhhətində yaranan problemlə əlaqələndirmişdi.
Məhkəmənin ilk iclasında zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən şəxsin əməlində daha ağır əməlin əlamətləri mövcud olduğunu demişdi. Bildirmişdi ki, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib: “Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik”. Vəkil Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəsə də, dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını demişdi. Hakim vəsatəti təmin etməmişdi. Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Bu iş üzrə Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Cinayət dosyesi Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. İş üzrə bu il oktyabrın 31-nə təyin olunan məhkəmənin hazırlıq iclasına Ağadadaş Ağayev qatılmamışdı. Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur. Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb. Bu iş üzrə də Ağadadaş Ağayev qarşı tərəflə barışıq sazişi imzalayıb və məhkəməyə təqdim edib.
Ağadadaş Ağayevə yekun olaraq xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə maddəsi ilə yekun ittiham elan edilib. İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər. Məhkəmənin Ağadadaş Ağayevin barışıq sazişini qəbul edib-etməməsi iş üzrə qərar qəbul edilərkən məlum olacaq. (Musavat.com)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Yanvar 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri