Icma.az
close
up
RU
Bu gün Ağadadaş Ağayevin məhkəməsidir hökm oxunacaq

Bu gün Ağadadaş Ağayevin məhkəməsidir hökm oxunacaq

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Bu gün, Binəqədi Rayon Məhkəməsində xalq artisti Ağadadaş Ağayev və onun balta atdığı mühafizəçi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. İşlərdən biri üzrə Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Cinayət dosyesi Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur.

Fevralın 27-də keçirilən məhkəmə prosesində hər iki şəxsin işi üzrə prokurorlar çıxış edib.

Prokuror Ağadadaş Ağayevə verilmiş ittihamın məhkəmə araşdırmaları zamanı təsdiqini tapdığını bildirib. Məhkəmədən xahiş edib ki, Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221-ci - xuliqanlıq maddəsi ilə təqsirli bilinsin və barəsində 2 il azadlıqdan məhrumetmə cəzası çıxarılsın.

Prokuror ittiham nitqinin davamında bildirmişdi ki, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəza şərti hesab olunsun. 

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi Nurəddin Cəlilovla barışıq sazişi imzaladığı nəzərə alınıb.

Hakim müğənninin vəkili Asim Abbasova müdafiə çıxışına hazırlanması üçün vaxt verib. Bu iş üzrə Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva zərərçəkən qismində tanınıblar.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham olunurdu.

Elə həmin gün, prokurorun Ağadadaş Ağayevə cəza tələbdən sonra hakim Elçin Ağayevin sədrliyi ilə mühafizəçi Nurəddin Cəlilovun cinayət işi üzrə proses davam etdirilib.

Nurəddin Cəlilova da Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Prosesdə prokuror çıxış edib. Bildirib ki, Nurəddin Cəlilova verilmiş ittiham məhkəmə araşdırmaları zamanı təsdiqini tapıb. Prokuror Nurəddin Cəlilovun təqsirli bilinməsini və barəsində 2 il 6 ay şərti məhkum etmə cəzası təyin olunmasını istəyib.

Beləliklə, Ağadadaş Ağayevə tələb olunan cəza, onun balta atdığı Nurəddin Cəlilova tələb olunan cəzadan daha yüngül olub.

///Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Mart 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri