Icma.az
close
up
RU
Bu gün Yaqub Zurufçunun anım günüdür

Bu gün Yaqub Zurufçunun anım günüdür

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bu gün Əməkdar artist Yaqub Zurufçunun anım günüdür. Onun vəfatından 4 il ötür.

BAKU.WS xəbər verir ki, tanınmış musiqiçi Yaqub Zurufçu 1956-cı ilin aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində doğulub.

7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub, elə o illərdə Təbrizin uşaqlar proqramında iştirak edib və "Cücələrim" mahnısı ilə həm Azərbaycan, həm də İranda dillər əzbəri olub.

11 yaşında isə xalq mahnıları və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan və məharətlə ifa edən Yaqub Zurufçu, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnılarını ifa edib.

Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisadiyyat fakültəsində təhsilinə başlayıb. Eyni zamanda Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirib. 1979-cu ildə İranda xalq inqilabından 1 il sonra yəni 1980-ci ildə oranı tərk edib.

Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başlayıb və vokal sənəti üzrə bakalavr diplomunu, daha sonra ABŞ-nin Florida ştatının Miami şəhərində isə Miami Universitetində vokal sənəti üzrə magistr diplomunu alıb.

Ürəyində Azərbaycan musiqisi sevdası olan Yaqub Zurufçu hər zaman milli musiqi ruhuyla yaşayıb və Azərbaycana gəlmək ən böyük arzularından biri olaraq qalıb.

Nəhayət, 1989-cu illərin əvvəllərində Azərbaycanın məşhur müğənnilərindən biri, Xalq artisti Gülağa Məmmədov Almaniyada olanda Yaqub Zurufçunun "Ayrılıq" mahnısına çəkmiş olduğu sadə klipi görüb heyrətə gəlib.

Azərbaycanın Cənubi və Şimali Azərbaycan adlı hissələrə ayrılmasına həsr edilən klipi Azərbaycana gətirib və televiziyada yayımlayıb.

"Ayrılıq" mahnısı Azərbaycanın milli mənəvi dirçəlişinə yön verərək, Azadlıq hərəkatı zamanında da çox sevilib və 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, "Vətən" Cəmiyyətinin köməyi ilə müğənni ilk dəfə Azərbaycana gəlib.

O, ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığını da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" adına layiq görülüb.

Yaqub Zurufçu Azərbaycanın, bütün türk-müsəlman dünyasının görkəmli sənətkarı olaraq, milli musiqimizi Avropada - Almaniya, İngiltərə, Fransa, İspaniya ilə yanaşı ABŞ-də, Kanadada, Braziliyada, Cənubi Afrika Respublikasında, Misirdə, Mərakeşdə, hətta uzaq Yaponiya və Avstraliyada da uğurla təbliğ edərək, milyonlarla tamaşaçıya, dinləyiciyə sevdirə bilmişdi.

Yaqub Zurufçu iki dəfə ailəli olub. Onun Dəniz, Dalğa, Atilla adlı övladları var. Sənətçi ikinci dəfə Aynur adlı xanımla ailə qurub.

Tanınmış sənətçi 2021-ci ilin bu günü, yəni sentyabrın 14-də 65 yaşında koronavirusdan vəfat edib. Əməkdar artist "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Sentyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri