Icma.az
close
up
RU
Əməkdar artist Yaqub Zurufçunun doğum günüdür

Əməkdar artist Yaqub Zurufçunun doğum günüdür

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Bu gün Əməkdar artist Yaqub Zurufçunun doğum günüdür. Onun anadan olmasından 69 il ötür.

Yaqub Zurufçu 1956-cı il in bu günü, yəni aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində doğulub.

7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub, elə o illərdə Təbrizin uşaqlar proqramında iştirak edib. "Cücələrim" mahnısı ilə həm Azərbaycan, həm də İranda dillər əzbəri olub.

Zurufçu 11 yaşından xalq və bəstəkar mahnılarını məharətlə ifa edib. 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnılarını ifa edib.

Səntəçi 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlayıb. Eyni zamanda Tehran operasının xorunda musiqi fəaliyyətini davam etdirib.

1979-cu ildə İranda xalq inqilabından 1 il sonra-1980-ci ildə İranı tərk edib. Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başlayıb və vokal sənəti üzrə bakalavr diplomunu, daha sonra Amerikanın Florida ştatının Miami şəhərində isə Miami Universitetində vokal sənəti üzrə magistr diplomunu alıb.

Ürəyində Azərbaycan musiqisi sevdası olan Yaqub Zurufçu hər zaman milli musiqi ruhuyla yaşayıb və Azərbaycana gəlmək ən böyük arzularından biri olaraq qalıb. Nəhayət, 1989-cu illərin əvvəllərində Azərbaycanın məşhur müğənnilərindən biri, Xalq artisti Gülağa Məmmədov Almaniyada olanda Yaqub Zurufçunun "Ayrılıq" mahnısına çəkmiş olduğu sadə klipi görüb heyrətə gəlib. Azərbaycanın Cənubi və Şimali Azərbaycan adlı hissələrə ayrılmasına həsr edilən klipi Azərbaycana gətirib və televiziyada yayımlayıb.

"Ayrılıq" mahnısı Azərbaycanın milli mənəvi dirçəlişinə yön verərək, Azadlıq hərəkatı zamanında da çox sevilib və 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, "Vətən" Cəmiyyətinin köməyi ilə müğənni ilk dəfə Azərbaycana gəlib.

O, ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığını da alıb.

Sənətçi 2009-cu ildə "Əməkdar artist" fəxri adına layiq görülüb.

Yaqub Zurufçu 2021-ci ilin sentyabrın 14-də 65 yaşında dünyasını dəyişib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://baku.ws
archiveBu xəbər 08 Aprel 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri