“Bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları...”
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Bir neçə gün əvvəl Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadənin həyat yoldaşını bıçaqlayaraq öldürdükdən sonra yaşadığı binanın 16-cı mərtəbəsindən ataraq intihar etdiyi iddia olunur.
“Qafqazinfo” xəbər verir ki, Manset.az-a açıqlama verən Abbas Əliyev hazırda vəziyyətinin yaxşı olmadığını bildirib.
“Bu, çox ağır dərddir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Araşdırmanın nəticələrindən sonra yəqin ki, ictimaiyyətə əlavə məlumat veriləcək. Hər kəsdən məni anlayışla qarşılamasını xahiş edirəm. Mənim bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları bilər”, - məhkəmə sədri qeyd edib.
Qeyd edək ki, hadisə yanvarın 25-də baş verib. Baş Prokurorluğun yaydığı məlumata görə, E.Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Baxış sayı:83
Bu xəbər 30 Yanvar 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















