Icma.az
close
up
RU
Bu günümüz və gələcəyimiz

Bu günümüz və gələcəyimiz

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ölkəmizdə gənclərə göstərilən xüsusi diqqət və qayğı, onların inkişafı istiqamətində həyata keçirilən layihələr, proqramlar onu deməyə əsas verir ki, gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hələ 90-cı illərdə Ulu Öndərin “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi” adlandırması bu gün də öz aktuallığını saxlamışdır”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.

“Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 1994-cü ildə yaradılan Gənclər və İdman Nazirliyi gənclərin diqqət və qayğıyla əhatlənməsinə töhvə vermişdir. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmaqla yanaşı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Ümummilli Liderin Gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıldı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Əlbəttə Ulu Öndərin bu ifadəsi hər bir gənc üçün devizdir. Hər bir gənc bu gün məhz Ulu Öndərin bizə miras qoyub getdiyi Azərbaycanın inkişafı üçün çalışır. Vətənpərvər ruhda böyüyərək ölkənin inkişafına töhfə verməyə çalışır. Prezident İlham Əliyev də gənclərin yetişməsində, onların inkişafı istimətində çox mühüm addımlar atmışdır. Məhz cənab Prezdentin hakimiyyəti illərində yetişən gənclər bizim tarixi torpaqlarımızı qaytarmaqla Azərbaycan gəncinin gücünü, vətənpərvərliyini bütün dünyaya elan etdi. Bu baxımdan müasir Azərbaycan gənci savadlı dünyagörüşlü, vətənpərvərdir. Bildiyiniz kimi Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu da əlbəttə gənclərə xüsusi yanaşmanın növbəti bir nümanəsidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri