Icma.az
close
up
RU
Bu halda aliment azaldıla bilər Boşananların nəzərinə

Bu halda aliment azaldıla bilər Boşananların nəzərinə

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkəmizdə aliment məsələlərində hələ də bir sıra problemlər mövcuddur. Bunlar həm hüquqi, həm də sosial baxımdan ciddi əhəmiyyət kəsb edir. Aliment ödənişlərinin vaxtında və tam şəkildə ödənilməməsi, bir çox hallarda ailə münaqişələrinin artmasına səbəb olur. Bəzi hallarda aliment borcları illərlə yığılır, bu da uşaqların və digər ailə üzvlərinin maddi vəziyyətinə mənfi təsir göstərir. Bəzən alimentin verilməsi daha da çətinləşir. Məsələn, həbsdə olan şəxslər aliment məsələləri bəzi çətinliklərlə üzləşə bilər. Belə ki, həbsdə olan şəxsin gəlirinin olmaması aliment ödəməklə bağlı öhdəliklərini yerinə yetirməsində çətinlik yaradır. Bəs, şəxsin həbsdə olması aliment öhdəliyindən azad edirmi? Aliment ödənməyidiyi halda şəxs haqqında hansı tədbirlər görülür?

Mövzu ilə bağlı Manset.az-a danışan vəkil Sadiq Əfəndiyev bildirib ki, şəxsin həbsdə olması onu aliment öhdəliyindən azad etmir:

"Həbsdə olan şəxsə qarşı aliment tələb və müəyyən edilməsi mümkündür. Azadlıqdan məhrum etmə yerlərində saxlanılan şəxs müəyyən gəlirlərə malik ola bilər. Məsələn, o, mülki hüquq münasibətlərinə uyğun olaraq aylıq gəlir əldə edə və ya azadlıqdan məhrum etmə yerlərində haqqı ödənilməklə müəyyən əməyə cəlb edilə bilər. Bu halda, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment onun gəlirindən tutulub ödənilə bilər. Alimentin ödənilməsi isə məhkəmə qətnaməsinin icrasını həyata keçirən icra məmuru və ya azadlıqdan məhrum etmə yerinin rəhbərliyi tərəfindən təmin olunmalıdır.

Əgər şəxsin heç bir gəliri yoxdursa, o zaman alimenti ödəyə bilməyəcək. Lakin bu halda belə, yığılmış aliment borcu silinmir. Alimentin ödənilməməsi üzürlü səbəblə bağlı olduğu üçün həmin şəxs məsuliyyətə cəlb edilməyəcək. Yığılmış aliment borcunun silinməsi məsələsinin borclu şəxsin məhkəməyə müraciəti əsasında həll edilə biləcəyini bildirib".

Sadiq Əfəndiyev qeyd edib ki, müəyyən hallarda məhkəmə qaydasında aliment məbləği artırıla və ya azaldıla bilər:

"Alimentin ödənilməməsi, məhkəmə qətnaməsinin icra edilməməsi deməkdir. Məhkəmə qətnaməsinin qərəzli şəkildə icra edilməməsi ilə bağlı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub. İnzibati məsuliyyətə görə, şəxslər beş yüz manatdan min manatadək cərimə və ya bir ayadək müddətə inzibati həbsə cəlb oluna bilərlər. Cinayət məsuliyyəti isə iki min manatdan dörd min manatadək cərimə, üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər, iki ilədək müddətə islah işləri və ya üç ilə qədər azadlıqdan məhrum etmə ilə nəticələnə bilər.

Lakin şəxs məhkəmə qətnaməsini həmin qətnamənin icra edilməməsi ilə  bağlı inzibati xəta haqqında iş üzrə məhkəmənin qərarı qəbul edilənədək, cinayət işi üzrə hökm qanuni qüvvəsini alanadək tam icra etdikdə məsuliyyətindən azad edilir".

Seyranə Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:326
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 07 Aprel 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri