Aliment bu hallarda azaldıla BİLƏR
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Uşaqların saxlanılması üçün müəyyən edilən alimentin məbləği müəyyən hallarda azaldıla bilər.
Milli.Az xəbər verir ki, bu barədə Ailə Məcəlləsində müvafiq müddəalar əksini tapıb.
Ailə Məcəlləsinə əsasən uşaqların saxlanılması üçün nəzərdə tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla bilər.
Bunun üçün şəxsin ailə və maddi vəziyyətinin ağır olması, şəxsin xəstəliyi və ya vəziyyətini çətinləşdirən digər hallar sübuta yetirilməlidir.
Aliment ödəyən şəxs alimentin azaldılması üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir.
Mediasiyada tərəflər arasında alimentin azaldılması barədə razılıq əldə olunmazsa, aliment ödəyən şəxs onun azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 15 Aprel 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















