“Bu halda büdcə vəsaitləri səmərəli istifadə olunacaq” Qüdrət Həsənquliyev
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
" Hesablama Palatasının fəaliyyətini yüksək qiymətləndirirəm. Doğrudan da ciddi nöqsanlar aşkar olunur və onların aradan qaldırılması üçün təkliflər verilir. Belə təkliflərdən biri də zamanla mənim tərəfimdən irəli sürülmüşdü ki, korrupsiyaya qarşı effektiv mübarizə aparmaq və büdcə vəsaitləri hesabına investisiya qoyuluşunun, biznesin inkişafına daha ciddi töhfə verməsi üçün dövlət orqanlarının sifarişi ilə iş görən şirkətin fəaliyyəti də Hesablama Palatası tərəfindən yoxlanılmalıdır".
Ölkə.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib.
Deputat hesab edir ki, o zaman daha ciddi nöqsanlar aşkara çıxacaq: "Onlar nədən ibarətdir? Bəlli olacaq ki, dövlət orqanları bir çox hallarda vəsaitləri vaxtında həmin şirkətlərin hesabına köçürmürlər. O şirkətlər daha yüksək faizlərlə, (16 faiz və daha yüksək) kreditlər götürürməyə və gəlirlərin bir hissəsini banklara vermək məcburiyyətində qalırlar. Bəziləri müxtəlif formada borclanırlar, əmlaklarını satırlar ki, iş dayanmasın, davam etsin. Sonra vəsaitlərin bir hissəsi nağdlaşdırmaya və görülən işlərlə birbaşa əlaqədar olmayan xərclərə gedir. Buna görə də sahibkarlar çox az miqdarda gəlir əldə edə bilirlər. Hətta bəziləri işdən ziyanla çıxırlar. Ona görə də bizneslərini böyüdə, yeni iş yerləri aça bilmirlər. Bütün bunların qarşısını almaq üçün yaxşı olardı ki, Hesablama Palatası il ərzində biraz az yoxlama aparsın, daha az dövlət orqanlarında yoxlama keçirsin, amma yoxlama aparırsa mütləq işi görən şirkətin də faəliyyəti yoxlanılsın.
Bu halda mən sizi əmin edirəm ki, ölkədə həm korrupsiyaya qarşı mübarizə güclənəcək, həm büdcə vəsaitləri səmərəli istifadə olunacaq, həm də nəticələr daha effektli olacaq”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 21 Aprel 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















