Icma.az
close
up
RU
Bu halda Ermənistan hökuməti sülhdən imtina edə bilər Şərh

Bu halda Ermənistan hökuməti sülhdən imtina edə bilər Şərh

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlarda gözləmə mövqeyinə keçib. Həmçinin sərhəddə tunellər və mühəndis istehkam işləri aparır. Gürcüstanda etiraz aksiyalari və Qərbin burada hökuməti devirmək planı Nikol Paşinyanı Azərbaycanla sülh danışıqlarında belə bir mövqe tutmasına səbəb ola bilər. "Avropa İttifaqı, xüsusilə Fransa aktiv şəkildə prezident S. Zurabaşvilinin vasitəsilə Gürcüstanda etiraz aksiyalarını idarə edir. Əgər, inqilab olub Qərb yönümlü siyasi qüvvələr hakimiyyətə gələrsə, Ermənistan hökuməti sülhdən imtina edə bilər".

"Sitat.info" xəbər verir ki, bunu MCP Başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

M.Əsədullzadə bildirib ki, Ermənistan hərbi təxribatlara əl atarsa, yeni ərazilər itirməsinə gətirib çıxara bilər: "Məhz Ermənistanın silahlanmasını, bu kontekstdə dəyərləndirmək olar. Çünki Fransa Gürcüstan vasitəsilə Ermənistana tam həcmdə silahlar göndərəcək və Azərbaycana təzyiqlər etmək üçün N. Paşinyanı müharibəyə sövq etməsi istisna deyil. Təbii ki, N. Paşinyan siyasi iradə ortaya qoyarsa, Ermənistanı eskalasiyadan kənar tuta və Azərbaycanla sülh müqaviləsinə gedərsə, Fransanın regional siyasətinə zərbə vurması mümkündür. Burada qazanan tərəf Ermənistan ola bilər. Azərbaycanla sülh müqaviləsi bağlanması bu ölkənin Türkiyə ilə normallaşma prosesinə səbəb olacaq. Nəticədə Ermənistan regional inteqrasiyaya cəlb olunmaqla, normal bir ölkəyə çevrilməsi mümkündür. Məhz N. Paşinyan hazırkı Ermənistanı normal bir ölkə kimi qəbul etmədiyini və real bir yeni Ermənistan yaratmaq planını daima vurğulayır. Ermənistan hərbi təxribatlara əl atarsa, bu Ermənistanın yeni ərazilər itirməsinə gətirib çıxara bilər".

Politoloq bildirib ki, Cənubi Qafqazda yeganə güc Azərbaycandır: "Cənubi Qafqazda  siyasi-hərbi vəziyyət gərgindir və nüfuz uğrunda mübarizə həlledici mərhələyə keçib. Gürcüstan hökumətinin məntiqsiz qərarları etiraz aksiyalarının başlanmasına katalizator rolunu oynadı. Kiçik və əraziləri işğal altında, heç bir müttəfiqi olmayan Gürcüstan hökumətinin regional güc kimi mövqe ortaya qoyması, Tiflisi qarşıdırır və özlərinin devrilməsi ilə nəticələnə bilən proses başladı. 
Qeyd edim ki, Cənubi Qafqazda yeganə güc Azərbaycandır. Qərbdə rəsmi Bakı ilə hesablaşır. Gürcüstan hökuməti Azərbaycan hakimiyyətinin apardığı siyasət kimi, siyasət aparmaq gücündə deyil".

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://sitat.info
archiveBu xəbər 04 Dekabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri