Ermənistan artıq sülhdən yox, müharibədən danışmağa başlayır ŞƏRH EDİLDİ
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
“Ermənistanın bu cür mütəmadi olaraq atəşkəsi pozmasının nəticəsi elə bir vəziyyətə gətirib çıxara bilər ki, sərhəddə yenidən təxribat baş versin”. Bunu SİA-ya politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Ermənistan bunu istəyir: “Buradan sual ortaya çıxır. Bunu Ermənistan hökuməti Paşinyan və administrasiyası istəyir, yoxsa Ermənistan daxilindəki digər güclərin əlaltıları? Bu, başqa bir mövzudur. Amma görünən odur ki, atəşkəsin bu cür pozulması onu göstərir ki, Ermənistan ordusu daxilində bəzi güclər və ya hökumətin hansısa tərəfdən olan əlaltıları təxribat yaratmaqla yeni münaqişəni alovlandırmağa çalışırlar. Bu da yeni qarşıdurmaya səbəb ola bilər. Ermənistan faktiki olaraq bu gün silahlanmaya gedir – Hindistandan, Fransadan, Yunanıstandan silah alır. Bu isə o deməkdir ki, Ermənistan artıq sülhdən yox, müharibədən danışmağa başlayır. Bu baxımdan düşünürəm ki, atəşkəsin pozulması sadəcə olaraq yeni qarşıdurmanın bazasını yaratmaq üçün bir alət rolunu oynaya bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 02 Aprel 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















