Icma.az
close
up
RU
Bu halda, Ermənistanda yeni seçki qaçılmazdır Deputatdan sensasion proqnoz

Bu halda, Ermənistanda yeni seçki qaçılmazdır Deputatdan sensasion proqnoz

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Nikol Paşinyanın partiyası bu seçkidə qələbə çalsa da, Ermənistanın mövcud seçki qanunvericiliyinə görə yerlərin sayı bu dəfə 101-dən 105-ə qaldırılan Ermənistan parlamentində "Vətəndaş  Müqaviləsi" 64 mandat qazanıb. Bu, təbii ki, sabit çoxluq deməkdir. Yəni bu deməkdir ki, hakim partiya yenə də təkbaşına hökumət formalaşdıracaq. Amma Azərbaycanla sülh məsələsi, ən azından bu yöndə proseslərin gözlənldiyi kimi rəvan gedəcəyi artıq sual altındadır”.

 Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Onun sözlərinə görə, çünki Ermənistan Konstitusiyasının 202-ci maddəsinə əsasən, konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedilməsi üçün parlamentdə azı üçdə iki səs çoxluğu, indiki halda 70 mandat tələb edilir ki, bu da yoxdur və olmayacaq. 

Deputat əlavə edib ki, düzdür, belə olduqda "alternativ yol"a da əl atıla, yəni məsələ xalqın öz öhdəsinə buraxıla bilər: “O zaman Paşinyan hakimiyyəti referendum keçirilməsi tələbi ilə öncə 50 min imza toplanmalıdır. Parlamentdəki revanşist ünsürlər mövqelərində israrlı olarlarsa, onda onlar bu dəfə referendumun lehinə 300 min səs toplanmalıdır. Bu imza  toplanarsa, onda  parlamentdə mütləq çoxluğa ehtiyac duyulmur. Referendum keçiriləcəyi, konstitusiyaya dəyişiklik ediləcəyi və Azərbaycanla sülh müqaviləsi imzalanacağı təqdirdə belə, eyni səbəbdən onun parlamentdə təsdiqlənməsi problemi də var. Orasını da qeyd edim ki, "müstəqil dövlət institutları" adlandırılan qurumlara rəhbər və üzvlərin seçilməsi də indiki halda elə də asan görünmür. Söhbət Baş Prokuror, Ombudsman, Mərkəzi Seçki Komissiyasının tərkibi və Konstitusiya Məhkəməsinin hakimlərinin parlamentdə təsdiqlənmələrindən gedir. Bunun üçün gərəkən beşdə üç səs çoxluğu, yəni 63 mandat Paşinyanın partiyasında var, ancaq o partiyanın üzvlərindən cəmi 2 nəfər elektoratın bir hissəsi kimi satın alındığı, yaxud da hansısa səbəbdən Paşinyana tabe olmaq istəmədiyi halda burada da problemlər yaranır.
Ona görə də mən Ermənistan parlamentində yaxın perspektivdə 2018-ci ildə baş verənlərin təkrarlanacağını, yəni baş nazirin istefasını və parlamentin özünü buraxıb yeni seçkiyə gedə biləcəyini istisna etmirəm. Təcrübə göstərir ki, Paşinyan ancaq növbədənkənar seçkilərdə öz məqsədinə çata bilir.

Növbədənkənar seçkiyə bir halda ehtiyac duyulmaya bilər, o da Paşinyanın yarımçıqlığa son qoyub-qoymayacağı, Köçəryan, Karapetyan və müxtəlif cinayətlərdə günahlandırılan digər revanşist ünsürlər haqda xalqına verdiyi vədi yerinə yetirib-yetirməyəcəyi ilə bağlıdır”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 İyun 2026 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri