Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Köçəryanın həbsi Ermənistanda nəyi dəyişəcək? Deputatdan AÇIQLAMA

Köçəryanın həbsi Ermənistanda nəyi dəyişəcək? Deputatdan AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Son günlər Ermənistanda psevdo-müxalifət və daha çox Azərbaycana qarşı təcavüzü başladan, əlləri Azərbaycan vətəndaşlarının qanına batmış şəxslərin, xüsusilə də Robert Köçəryanın saxlanılması ilə bağlı məlumat Ermənistanda böyük ajiotaj doğurub. Təbii ki, mən bunu gözlənilən bir addım hesab edirəm. Məlum məsələ idi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində – Ermənistanda keçirilən son seçkilərdən sonra qələbə qazandıqdan sonra artıq yerdə qalan özünün əsas rəqiblərini, zəif düşmüş, parçalanmış rəqiblərini daha da aradan götürmək və neytrallaşdırmaq planlarını hələ əvvəlcədən qurmuşdu".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirdi.

Siyasətçi qeyd etdi ki, buna beynəlxalq humanitar hüquq baxımından yanaşsaq, Robert Köçəryan qatildir, cinayətkardır, azərbaycanlıların qətliam edilməsində, Qarabağın işğal edilməsində və müharibə cinayətlərinin törədilməsində təqsiri açıq-aşkar olan, bütün dünyanın tanıdığı qatil adamdır:

"Bunun həbs edilməsi, təbii ki, bu mənada hamımızı bir növ beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq vasitəsilə təqsirkar olan birinin həbs edilməsi xəbəri kimi bizi müsbət qarşılamğa vadar edir. Ancaq digər bir məsələ ondan ibarətdir ki, burada, təbii ki, Ermənistan hakimiyyəti bunu sırf Robert Köçəryanı Birinci Qarabağ müharibəsində törətdiyi cinayətlərə görə həbs etmir. Burada indi biz nə qədər Paşinyanın bu konstruktiv müəyyən addımları olsa da, bunu sırf Ermənistanın öz daxilində gedən çəkişmələr, Paşinyanın özünün, necə deyərlər, siyasi meydanda olan rəqiblərini tamamilə aradan götürmək və xüsusilə də Robert Köçəryanın bir növ Rusiyanın adamı olması, Rusiyaya meyilli qüvvələrin, revanşist qüvvələrin lideri kimi olmasını nəzərə alsaq, Paşinyan tərəfindən bu addım sırf onun öz çıxarları, öz iqtidarı və öz maraqları baxımından həyata keçirilir. Yəni burada bir daha demək lazımdır ki, Ermənistanın daxilindəki çəkişmələr, Ermənistan daxili siyasi arenasında olan hadisələr sırf Ermənistanın daxili siyasi məsələləri ilə bağlıdır. Çünki burada Paşinyan həm də müəyyən mənada Avropa İttifaqı ilə, Qərblə yaxınlaşma istiqamətində addımlar atarkən, son zamanlar hiss olunur ki, Rusiya ilə tamamilə münasibətləri qırmasa da, Paşinyan öz dairəsi, öz hərəkət edə biləcəyi diapazonu çərçivəsində müəyyən addımları atır".

Onun sözlərinə görə, bu, həm də Rusiyaya da bir mesajdır ki, əsas Rusiya meyilli qüvvələrin lideri kimi tanınan Robert Köçəryanın həbs edilməsi Rusiyanın Ermənistanda tamamilə əl-qolunun zəiflədilməsi kimi nəzərdən keçirilir.

"Son zamanlar Paşinyanın hətta bu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) – ODKB-dən çıxması ilə bağlı verdiyi bəyanat da maraqlıdır. O, hətta çağırış elədi ki, KTMT – ODKB Ermənistanı öz sıralarından xaric etsəydi, bu, Ermənistanın özü üçün də yaxşı olardı. Artıq onlar bu barədə düşünməzdilər. Ona görə də bu baxımdan həmçinin Paşinyanın bu hərəkəti həm Rusiyanın Ermənistandakı müəyyən təsir rıçaqlarını azaltmaq, eyni zamanda Avropa və Qərbə də öz sədaqətliliyini göstərmək xarakteri daşıyır ki, mən Rusiyanın, Rusiya meyilli qüvvələrin burada hərəkətinə icazə vermirəm. Bir növ Qərbdən dividend almaq, Qərbdən, Avropa İttifaqından, necə deyərlər, xeyir-dua almaq, onların dəstəyini almaq kimi addım da nəzərdən keçirilməlidir.  Paşinyan növbəli şəkildə, addım-addım öz rəqiblərini aradan götürdü, götürür və təbii ki, burada da bir növ Paşinyana verilən dəstək – Qərbdən, Avropa İttifaqından olan dəstək kontekstində bunlar baş verdi".

Millət vəkili vurğuladı ki, erməni kilsəsinin neytrallaşdırılması, revanşistlərin başında gələn qüvvələr, Serj Sarkisyan və ona bağlı qüvvələr, Karapetyan kimi Rusiyaya bağlı biznes-oliqarx dairələri və son nöqtəsi sanki Robert Köçəryanın neytrallaşdırılmasıdır.

"Ona görə də Paşinyan hesab edir ki, seçkilərdən sonra çox münbit şərait yaranmışdır. Onsuz da pərən-pərən düşən və müxtəlif dairələrə, müxtəlif mərkəzlərə bağlı olan, xüsusilə də Rusiyaya bağlı olan erməni keşişləri, Karapetyan oliqarx-biznes dairələri, Robert Köçəryan, Serj Sarkisyan kimi adamlar – onların Ermənistanda son zamanlar ümumiyyətlə dayağı yoxdur, zəifləyib, marqinallaşmış qüvvələrdir. Yalnız öz tayfaları, öz ailə üzvlərindən başqa, demək olar ki, bu qüvvələrin arxasında heç kim durmayıb.

Nəticədə Ermənistanın gələcəkdə, post-münaqişə dövründə, sülh prosesi dövründə digər məsələlərlə bağlı bunu bağlamaq, xüsusi əlaqələndirmək istəmirəm. Bizim üçün önəmli odur ki, Ermənistan Konstitusiyasındakı o iddia – ərazi bütövlüyü məsələsi Azərbaycana qarşı aradan qalxsın. Bununla bağlı müsbət məsələlər, xəbərlər yayılır, Ermənistanın yeni konstitusiya layihəsinin gündəmdə olduğu bildirilir. Gələcəkdə də ümumiyyətlə bu kimi məsələlər, təbii ki, sülh prosesinə yaxşı təsir göstərəcək. Ancaq yenə də sonda bunu xüsusi vurğulayıram ki, Ermənistanda bu gün baş verən hadisələr nə Ermənistanın Azərbaycana olan xüsusi sevgisindən, yaxud da bizə qarşı olan müsbət emosiyalarından irəli gəlir. Bir daha qeyd etmək lazımdır ki, Azərbaycanın güclü lideri, Azərbaycanın güclü ordusu, Azərbaycan xalqı – liderimizin ətrafında dəmir yumruqla – biz bu reallığı yaratdıq ki, hazırda bu hadisələr baş verir. Yəni Azərbaycanın yaratdığı reallıq məcbur edir ki, Ermənistanda, ümumiyyətlə, regionda və yaxud da Ermənistandakı proseslər, regional proseslər məhz sülh gündəmini önə çıxaran katalizatorlardır. Bu reallıq məhz bu məsələlərə səbəb olmuşdur. Bundan sonra bizim əsas istəyimiz odur ki, Ermənistan Konstitusiyasında artıq ərazi iddiası məsələsi yığışdırılsın, sülh müqaviləsi imzalansın və nəhayət ki, əbədi, daimi sülh bərqərar olsun", - deyə deputat vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Avqust 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri