Yeni mənzillərin qiyməti yüksələcək KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çoxmərtəbəli yaşayış binalarının istismar müddəti ilə bağlı yeni normativlər qəbul edilib. Qaydalara əsasən, bundan sonra inşa ediləcək binaların ən azı 100 il istismar olunması nəzərdə tutulur. Maraqlıdır, bu müddətin real olması və tətbiqin mənzil bazarına təsirləri necə qiymətləndirilir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, bunun üçün tikinti şirkətləri daha keyfiyyətli beton, armatur və digər materiallardan istifadə etməlidir.
“Əvvəlki illərdə tikilən binalarla müqayisədə yeni tikililər daha möhkəm və uzunömürlü olacaq. Bu isə tikinti xərclərini artıracaq. Nəticədə yeni mənzillərin qiyməti yüksələcək. Qiymət artımı təkcə 100 illik istismar müddəti nəzərdə tutulmuş binalarda deyil, bütövlükdə mənzil bazarında müşahidə olunacaq”.
Ekspert əlavə edib ki, yeni normativlər tikinti şirkətlərinin məsuliyyətini də artıracaq:
“İndiyə qədər belə konkret qayda mövcud deyildi. İndi isə şirkətlər keyfiyyətə daha çox diqqət yetirməli olacaqlar. Çünki bir sıra hallarda 8-10 il əvvəl inşa olunmuş binalar sanki 50 il əvvəl tikilibmiş kimi görünür. Yeni normalar bu problemlərin qarşısını almağa yönəlib”.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 02 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















