Icma.az
close
up
RU
Bu halda maşın vurub öldürsə, sürücü cəzalanmayacaq PİYADALARIN DİQQƏTİNƏ!

Bu halda maşın vurub öldürsə, sürücü cəzalanmayacaq PİYADALARIN DİQQƏTİNƏ!

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Binəqədi rayon Məhkəməsində ictimai rezonans doğuran bəraət hökmü çıxarılıb. Hakim Aynurə Sadıqova “zebra”dan kənarda yolu keçən piyadanın vurulması nəticəsində ölməsinə baxmayaraq, sürücünün günahsız olduğu qənaətinə gəlib. Məhkəmə faktlara söykənərək sürücünün real imkanları aşan vəziyyətlərdə günahkar elan edilməsinin artıq mütləq norma olmadığını ortaya qoyub. Bu isə həm hüquqi praktikanın, həm də yol davranışlarının dəyişməsi üçün mühüm presedent yaradır. Nəhayət, piyadaların məsuliyyəti barədə uzun illərdir arxa fonda qalan məsələ ön səhnəyə çıxır.

Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, Hadisə aylar öncə Bakıda, Ayna Sultanova heykəlinin yaxınlığında baş verib və 1 nəfərin ölümü ilə nəticələnib. Hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə təqsirləndirilən Cavid Əsgərovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, piyada yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib. Mərhum digər avtomobilin qarşısından qəflətən qaçaraq yola daxil olub. Bu səbəbdən Cavid Əsgərovun toqquşmanın qarşısını almaq imkanı olmayıb. Toplanmış sübutlar əsasında məhkəmə Cavid Əsgərovun günahsız olduğunu müəyyən edib.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Cavid İsa oğlu Əsgərov idarə etdiyi “Mercedes-Benz C250” markalı, Az 99 GC 949 dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospekti ilə “Gənclik” istiqamətində hərəkətdə olarkən piyadanı vurmuşdu. Ağır xəsarətlər alan piyada Məhəmməd İmaməli oğlu Babaşov xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişmişdi. Hadisə ilə bağlı Cavid Əsgərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) ilə təqsirləndirilmiş şəxs qismində məsuliyyətə cəlb olunmuşdu.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyib ki, Binəqədi Rayon Məhkəməsinin çıxardığı bəraət hökmü Azərbaycan yol mədəniyyəti və hüquqi yanaşması üçün əsl dönüş nöqtəsidir: 

“Bu qərar nəticə etibarı ilə hər il yollarda baş verən ölüm hadisələrinin azalacağına təkan verəcək. İllərdir cəmiyyət hamının danışdığı, amma heç kimin səsli şəkildə etiraf etmədiyi bir reallıq var. Hər kəs məsuliyyətsiz piyadaların qaydanı pozduğunu, yollarda qəzalara səbəb olduqlarından gileylənir. Bu hökm, əslində, yol mədəniyyətimizdə kök salmış bir mifi dağıdır. Uzun illər sürücü avtomobili idarə edən kimi avtomatik olaraq günahkar, piyada isə yolu hardan keçir-keçsin haqlı sayılıb. Halbuki ən çox ölümə səbəb olan hadisələr məhz qaydasız şəkildə yola atılan piyadaların məsuliyyətsizliyindən doğur. 5 metr aralı zebradan və ya keçiddən  keçmək əvəzinə, yolu qısaltmaq üçün düz yolun çıxırlar. Bu zaman sürücünün nəqliyyat vasitəsini saxlayacağı məntiqi ilə hərəkət edirlər. Düşünmürlər ki, nəqliyyat vasitəsində nasazlıq yarana bilər və ya tormozlanma məsafəsi sürətə görə fərqli olarsa faciə qaçılmaz olar. Hər kəs bilir ki, bu, reallığın acı və təhlükəli tərəfidir, amma Azərbaycan hüquqi sistem sanki bu reallığı görməməzlikdən gəlirdi. Binəqədi rayon məhkəməsində çıxarılmış bəraət hökmü presedent xarakterlidir. Digər məhkəmələrdə də anoloji qərarların çıxarılması Azərbaycanda yol mədəniyyətini artıra, piyada ölümlərinin sayının azalmasına təsir etmək gücündədir”.

Natiq Ələsgərov deyib ki, sürücünün nəqliyyat vasitəsini ekstra şəraitdə dayandırmaq imkanı olmadığı halda onu günahlandırmaq artıq keçərli deyil: 

“Binəqədi rayon Məhkəməsində sürücü Cavid Əsgərovun işi araşdırılarkən məlum olub ki, piyada digər avtomobilin qabağından gözlənilmədən qaçaraq yola çıxıb. Bu, hər bir yol hərəkəti mütəxəssisinin qaçılmaz yol-nəqliyyat hadisəsi adlandırdığı klassik nümunədir. Sürücü istəsəydi belə saniyədəndə az zaman kəsiyində reaksiya verib nəqliyyat vasitəsini dayandıra bilməzdi. Bu, fiziki olaraq mümkün deyildi. Hakim Aynurə Sadıqovanın qərarı ilə nəhayət ki, hüquqi qiymətləndirmə fizika qanunlarına uyğunlaşdı. Bu, həm də cəsarətli qərardır. Xüsusən də ölüm hadisəsi varsa, ictimai emosiyalar çox zaman faktlardan güclü olur. Lakin məhkəmə emosiyaya yox, sübuta söykəndi. Bu qərar həm də ona görə təqdirəlayiqdir ki, piyadaların məsuliyyəti mövzusunu cəmiyyətin gündəminə qaldırır. Çoxdan bəri yol polisi də, ekspertlər də, jurnalistlər də deyirdi ki, məsuliyyət birtərəfli olmamalıdır. Amma bunu hüquq təsdiq etməli idi. Bu qərar isə elə həmin təsdiqdir. Yol mədəniyyətinin dəyişməsi üçün bəzən bir məhkəmə hökmü kifayət edir. Əgər bu qərar presedent kimi qəbul olunmalıdır ki, gələcəkdə hər bir piyada yolda məsuliyyətli və diqqətli  olsun. Bu, həm sürücünü qoruyan, həm də piyadanı düşünməyə vadar edən ən obyektiv yanaşmadır. Sürücü Cavid Əsgərova bəraət verilməsi hüququn, məntiqin, ədalətin eyni xətt üzərində birləşməsinin nəticəsidir. Bu qərar yol təhlükəsizliyi mədəniyyətimiz adına atılmış ən sağlam addımlardan biridir və onun təqdir olunması tamamilə yerindədir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Dekabr 2025 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri