Bu halda pensiyanız əlinizdən alına bilər DİQQƏT!
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Son günlər mediada bəzi şəxslərin pensiya hüququndan məhrum edilə biləcəyi ilə bağlı məlumatlar müzakirə olunur. Bu məsələnin qanunvericilik baxımından hansı hallara aid olduğu və pensiya hüququnun hansı səbəblərlə itirilə biləcəyi maraq doğurur.
Hüquqşünas Kərim Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda müəyyən hallarda şəxslər pensiya hüququndan məhrum oluna bilər:
“Bu, əsasən cinayətə yol verən, yalan məlumat təqdim edən və ya dövlət qaydalarını pozan şəxslərə aiddir. Həbsdə olan şəxslərin pensiya ödənişləri bəzi hallarda müvəqqəti dayandırıla bilər. Həbsdə cəza çəkənlərin pensiya təyinatı onların fəaliyyətinə və yaşam şəraitinə görə fərqlənir. Eyni zamanda, saxta sənəd təqdim edərək pensiya almağa çalışan şəxslər də bu hüquqdan məhrum edilə bilərlər. Əgər kimsə iş stajını və ya yaşını düzgün göstərməzsə, pensiya ödənişləri dayandırıla bilər.”
Ekspert əlavə edib ki, əlillik əsasında təyin olunan pensiyalar da müəyyən hallarda yenidən qiymətləndirilir:
“Şəxs iş qabiliyyətini bərpa edərsə və reabilitasiya prosesindən keçərsə, pensiyası ləğv oluna bilər. Bu, pensiyadan məhrum edilmənin digər əsas səbəblərindən biridir. Həmçinin, dövlət qulluqçuları və hüquqi şəxslər ciddi qanun pozuntularına yol verdikdə onların pensiya ödənişləri dayandırıla və ya tamamilə ləğv edilə bilər.”
Qeyd edək ki, pensiya hüququ yalnız qanunvericiliyin tələblərinə riayət olunduğu halda qorunur və saxtakarlıq və ya ciddi hüquq pozuntuları bu hüququn itirilməsinə səbəb ola bilər.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Evini girov qoyanlar DİQQƏT: Əmlak məhkəməsiz əlinizdən alına bilər
14 Noyabr 2025 14:11
Bu halda maşınınızı əlinizdən alacaqlar
21 Sentyabr 2026 11:10
Pensiyanız kəsilə bilər DİQQƏT!
25 İyun 2025 13:48
Bu şəxslərə vacib xəbər: Eviniz əlinizdən çıxa bilər
12 Dekabr 2024 16:02
Baxış sayı:180
Bu xəbər 19 Fevral 2026 21:51 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları