Pensiyanız kəsilə bilər DİQQƏT!
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sosial Təhlükəsizlik İdarəsi son illərdə saxta sığortalılıq və qanunsuz pensiya halları ilə mübarizəni gücləndirib.
News24.az bildirir ki, aparılan geniş yoxlamalar nəticəsində 2023-cü ildə 89 min nəfər faktiki işləmir, amma sığortalı kimi göstərildiyi, 2024-cü ildə isə bu rəqəmin 100 minə yaxınlaşdığı müəyyən edilib. Sosial Təhlükəsizlik İdarəsi müfəttişlərinin apardığı yoxlamalarda 2 114 saxta iş yeri aşkar olunub və bu iş yerlərindən ödənən 94 740 nəfərin sığortalılığı ləğv edilib.
Saxta sığortalılıq, faktiki işləmədiyi halda sığorta ödənişi edilərək əməkli hüququnun əldə edilməsidir. Bu, daha çox yaxın qohumlar vasitəsilə, saxta iş yeri açılması ilə və ya müvəqqəti əlillik, hamiləlik ödənişi üçün saxta sığorta göstərilməsi ilə həyata keçirilir.
Sosial Təhlükəsizlik İdarəsi tərəfindən saxta sığortalılıq aşkar edilənlərin pensiyaları dayandırılır, həmçinin keçmiş illərdə ödənmiş pensiya vəsaitləri geri alınır. Sığortalı səbəbli saxtakarlıq hallarında 10 il öncəki ödənişlər də faizlə geri tələb edilir.
Qeyd edək ki, Sosial Təhlükəsizlik İdarəsi saxta sığortalılıq halları ilə bağlı zaman məhdudiyyəti qoymur, bütün keçmiş dövrlərdəki saxtakarlıq əməliyyatlarını araşdıra və ləğv edə bilər.
Aqil
Baxış sayı:140
Bu xəbər 25 İyun 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















