Bu halda Türkiyənin qəzəbinə tuş gələcəksiniz Fidan
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Osmanlı imperiyası dağıldıqdan sonra Türkiyə ilə həmsərhəd olan bütün ölkələrdə türk azlıqları var idi, lakin bu toplum heç vaxt separatçı hərəkatlarda iştirak etməyib, quruculuq rolunu oynayıblar.
Axar.az xəbər verir ki, bunu Türkiyə XİN-in rəhbəri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində deyib.
“Ona görə də inanırıq ki, türkmanlar İraqın hörmətli oğulları olaraq layiq olduqları bütün hüquqları almalıdır. Bütün xalqlara verilən hüquqlar kimi”, - o bildirib.
Fidan qeyd edib ki, türkmanların tarixi səbəblərdən sürgün olunmaları və yaşadıqları yerlərdə siyasi problemlərlə bağlı zəifləməsi türkmanlara qarşı deyil, Türkiyəyə qarşı yönəlmiş bir quruluşdur:
“Baxın, bu cür xırda oyunlarla oradakı nisbətən kiçik camaat üzərində üstünlük əldə etmək üçün addımlar atmaqla qalibiyyət əldə etməyəcəksiniz, əksinə, daha da böyük Türkiyənin qəzəbinə düçar olacaqsınız. Əvəzində Türkiyə ilə əlaqələri gücləndirmək üçün mövcud türkman əhalisindən istifadə edə bilərsiniz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 08 Aprel 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















