Icma.az
close
up
RU
Bu hallar uşaqları depressiyaya salır PSİXOLOQDAN XƏBƏRDARLIQ

Bu hallar uşaqları depressiyaya salır PSİXOLOQDAN XƏBƏRDARLIQ

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Uşaqların erkən yaşlarda sosial fəaliyyətlə məşğul olması onun zehni və psixloji inkişafı üçün çox faydalıdır. Lakin bir çox hallarda valideynlər övladlarını həddən artıq yükləyirlər. Bu isə uşaqlarda müəyyən fiziki problemlərin yaranmasına gətirib çıxarır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm bildirib ki, bu kimi hallar uşaqlarda yorğunluq və depressiv vəziyyət yaradır:

“Kiçik yaşlı uşaqların valideynləri  eyni vaxtda uşaqları müxtəlif kurslara, hazırlıqlara, musiqi sahəsinə yönləndirirlər ki, bu da uşaqlarda xroniki yorğunluq, depressiv vəziyyət yaradır. Bu doğru hal deyil. Valideynlərin çoxu uşaq tərbiyə edərkən keçmişdə özlərinin yarımçıq qalmış və həyata keçməmiş arzuları üzərində qərarlar verirlər. Ana rəqs etməyi sevir ancaq vaxtilə buna imkan olmur. Həmin  arzunu öz uşağının üzərində həyata keçirməyə başlayır. Uşağın meylini, marağını nəzərə almadan onu həm fiziki, həm psixi yükləməyə başlayır. Nəticədə isə uşaq fiziki və psixi yorulur. Bütün dərslərdən geri qalır. Bu dəfə də ana uşağı bütün dərslərdən hazırlığa yazdırır. Məktəbdə 4-5 saat yorulan uşaq, bu dəfə gecə saatlarına qədər kurslarda bütün enerjisini itirir. Valideynlərin çoxu bunu guya məktəbdə tədrisin yaxşı keçirilməməsi ilə izah edir, düşünün ana 4-cü sinif səviyyəsində uşağına yazıb oxumaqda köməklik göstərə bilmir və uşağının əynindən, boğazından kəsib kursa yazdırır. Səbəb isə qonşu valideynlərinin öz uşaqlarının həmin kurslarda dahi olmaları barədə uydurduqları yalanlardır”. 

Psixoloq qeyd edib ki, valideynlər uşaqların maraq dairəsini, istedadını əvvəlcədən müəyyən etməlidir:

“Azyaşlı uşaqların valideynləri musiqi, idman hazırlıq kurslarına yazdırarkən uşağın nə istədiyini və hansı sahədə istedadının olmasını əvvəlcə  müəyyən etməlidirlər. Kiçik yaşlı və gənc  nəslin tərbiyəsində həm valideyn, həm də pedaqoqlar sağlam psixikası olan, əmək vərdişləri aşılanmış, iradəli, vətənpərvər nəsil tərbiyyə etməyi hədəfləməlidirlər. Valideynlər bilməlidirlər ki,istedad günəş kimidir, o varsa üzə çıxacaq,yoxdursa uşaqlara əziyyət verməklə heç nə alınmır. Dəli alimdənsə, iradəli, bacarıqlı fəhlə yaxşıdır. Valideynlər uşaqlarına mərhəmətli insan olmağı, əmək vərdişləri aşılasınlar. Hər kəs təhsil ala bilir, amma hər kəs yaşaya bilmir. Yaşamağı bilmək isə bacarıqdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Fevral 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri