Icma.az
close
up
RU
Psixoloqdan valideynlərə bu oyuncaqlarla bağlı XƏBƏRDARLIQ

Psixoloqdan valideynlərə bu oyuncaqlarla bağlı XƏBƏRDARLIQ

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzi oyuncaqlar var ki, qısa müddətdə məşhurluq qazanırlar və uşaqların sevimlisinə çevrilirlər.
Hazırda "Labubu" oyuncaqları məşhurdur. Bu oyuncaqlar rəngli və maraqlı olsalar da üz cizgiləri bir qədər qəribədir. 

Bəs bu cür görünüşə malik oyuncaqlar uşaqlar üçün təhlükəlidirmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirdi ki, hər bir oyuncağın uşağın psixologiyasına təsiri onun yaşına, şəxsiyyətinə və inkişaf səviyyəsinə görə dəyişir.

"“Labubu” kimi qeyri-adi üz cizgilərinə malik oyuncaqlar bəzi uşaqlarda maraq oyatsa da, digərlərində qorxu və narahatlıq yarada bilər. Xüsusilə 3-6 yaş arasında olan uşaqlar fantastika ilə reallığı bir-birindən tam ayırd edə bilmədiklərinə görə, bu cür oyuncaqların təsiri daha güclü ola bilər. Uşaqlar üçün fərqli və qeyri-adi olan hər şey cəlbedici ola bilər. Sosial mediada trend olan, digər uşaqların əlində gördükləri oyuncaqlara maraq göstərmək istəyi də buraya daxildir. Bu, həm də “qəbul olunmaq” və “müasir olmaq” ehtiyacından qaynaqlanır".

Psixoloq vurğuladı ki, qısa müddətli təmasda əksər hallarda ciddi problem yaranmır.

"Amma əgər uşaq gecə bu oyuncağı yatağına alıb yatmaqdan qorxursa, yuxusuzluq, kabuslar və ya narahatlıq əlamətləri müşahidə olunursa, bu zaman valideyn diqqətli olmalıdır. Bu cür hallarda oyuncaq dəyişdirilməli və uşaqla açıq ünsiyyət qurulmalıdır. Oyuncağın necə göründüyündən çox, uşaqda hansı emosiyaları yaratdığı önəmlidir. Valideynlər oyuncaq seçərkən sadəcə dəbdə olduğuna görə deyil, uşağın şəxsiyyətinə, inkişaf səviyyəsinə və emosional ehtiyaclarına uyğun olub-olmadığını nəzərə almalıdırlar.
Oyuncaqlar uşağın yaradıcılığını, sosial bacarıqlarını və duyğusal tənzimləməsini formalaşdırır. Müsbət emosiyalar oyandıran, xəyal gücünü stimullaşdıran oyuncaqlar daha faydalıdır. Qəribə və ya qorxulu təsir bağışlayan oyuncaqlar isə bəzi uşaqlar üçün əyləncəli, digərləri üçün isə stresverici ola bilər", - deyə Z.Əyyubova fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyun 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri