Icma.az
close
up
RU
Bu hallarda həbs edilə bilərlər

Bu hallarda həbs edilə bilərlər

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

İntizam cəzası verilən hərbi qulluqçuların siyahısına kursantlar da əlavə olunur.

Hurriyyet.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Qanunun 48-1-ci maddəsində kursantlara aşağıdakı cəzaların verilməsi təklif olunur:

a) məzəmmət;

b) töhmət;

v) şiddətli töhmət;

q) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənara növbəti buraxılmadan məhrumetmə (qadın hərbi qulluqçuları istisna olmaqla);

ğ) əlaçı döş nişanından məhrum etmə.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin taqım (qrup), bölük və tabor komandirləri kursantlara bu Nizamnamənin 48-1-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulan intizam cəzalarını tətbiq etmək hüququna malikdirlər.

Digər dəyişikliyə əsasən, taqım (qrup), bölük (4-cü dərəcəli gəmi) və tabor (3-cü dərəcəli gəmi) komandirlərinin məzəmmət, töhmət və şiddətli töhmət elan etmək hüquqları vardır.

Əlahiddə taborların (3-cü dərəcəli gəmilər divizionu) komandirlərinin, həmçinin bu Nizamnamənin 12-ci maddəsinə əsasən tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam səlahiyyətinə malik olan əlahiddə hissə komandirlərinin (rəislərinin) bunlardan əlavə, gizir və miçmanlara öz vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək hüquqları vardır.

Bundan başqa, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) həbs edə bilər.

Belə hallarda əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları vardır.

Əsgər, matros və çavuşların həbsinin icrası bölük (komanda) baş çavuşuna həvalə edilir. İdarələrdə (müəssisələrdə) hərbi qulluqçunun həbsi həmin cəzanı təyin etmiş rəis və ya idarə (müəssisə) rəisinin göstərişi ilə təyin edilmiş şəxs tərəfindən icra olunur.

Qafqazinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Aprel 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri