Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

DİQQƏT! Dövlət onlara nəzarət edir Həbs edilə bilərlər

DİQQƏT! Dövlət onlara nəzarət edir Həbs edilə bilərlər

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşının uşaqlarından imtina etməsi sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Belə ki, Oqtay Əhmədovun aliment verməmək üçün bu addımı atdığı iddia olunur. Onun fikirləri isə bəzi məsələləri gündəmə gətirib. Belə ki, əksəriyyət kişilərin (qadınların) alimentdən yayınmaq üçün uşaqlardan imtina etdiklərini bildirir.

Qanunvericilik bu barədə nə deyir? Valideyn uşaqdan imtina edə və bununla aliment ödənişlərindən azad ola bilərmi?

Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, qanunvericiliyimizdə valideynin uşaqdan imtina etməsi anlayışı mövcud deyil:

“Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur və dövlət buna nəzarət edir. Odur ki, qanunvericilikdə valideynə uşağından imtina etməsi kimi bir hüquq tanınmayıb”.

Asim Abbasov

Vəkil valideynin övladına aliment ödəməsi öhdəliyinə də münasibət bildirib:

“Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunub ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Eyni məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda məhkəmə qaydasında onlardan aliment tutulur. İmtina haqda maddə olmadığına görə, aliment ödənməsi qanunvericilikdə imperativ tələb kimi tanınır. Alimenti qəsdən ödəməməyə görə, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində inzibati, Cinayət Məcəlləsinin 306-cı maddəsində isə cinayət məsuliyyəti yaranır. Beləliklə, uşağına aliment ödəməkdən yayınan şəxsə cərimə tətbiq olunur. Bu, 50 manatdan 100 manatadək müəyyən edilir”.

A.Abbasov əlavə edib ki, şəxslər bir sıra hallarda valideynlik hüququndan məhrum edilə bilər:

“Bu, Ailə Məcəlləsinin 64-cü maddəsində təsbit olunub. Belə ki, şəxs öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; alimenti qəsdən ödəmədikdə; heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; valideynlik hüquqlarından sui-istifadə etdikdə; uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; xroniki alkoqol və narkomaniya xəstəsidirsə;uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə; uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə bu hüquqdan məhrum edilir. Bir sözlə, valideynlik hüququndan məhrum edildikdə belə, uşaqlarını saxlamaq valideynin borcudur. Valideynlik hüququndan məhrumedilmə yalnız məhkəmə qaydasında mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Aprel 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri