Icma.az
close
up
RU
Bu həftə 410 noyabr tarixlərində Bakıda hansı mədəni tədbirlər olacaq? AFİŞA

Bu həftə 410 noyabr tarixlərində Bakıda hansı mədəni tədbirlər olacaq? AFİŞA

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Yaxın günlərdə paytaxt sakinləri və qonaqların asudə vaxtlarını səmərəli keçirə biləcəkləri mədəni tədbirləri bir siyahıya topladıq.

Oxu.Az-ın təqdim etdiyi afişada noyabr 4-dən 10-dək Bakıda keçiriləcək tamaşalar, konsertlər və digər tədbirlər yer alıb.

6 noyabr

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da "Qarabağnamə " tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, tamaşa noyabrın 7-də də oynanılacaq.

Biletlərin qiyməti: 8-15 manat.

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 11:00-da "Dovşanın ad günü" tamaşası təqdim olunacaq.

Qeyd edək ki, tamaşa noyabrın 9-da saat 12:00-da oynanılacaq.

Biletlərin qiyməti: 7-8 manat.

Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda saat 19:00-da "Aleko" operası nümayiş olunacaq.

Biletlərin qiyməti: 12-20 manat.

Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında saat 19:00-da Azərbaycan Dövlət Simli Kvartetinin "Kamera Musiqisi Axşamı" adlı konserti olacaq.

Biletlərin qiyməti: 3-15 manat.

8 noyabr

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00 və 16:00-da "Yeddi nar çubuğu" adlı tamaşa nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Kukla Teatrında saat 18:00-da "Çipollino" adlı tamaşa nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında saat 19:00-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert baş tutacaq.

Biletlərin qiyməti: 4-20 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 18:00-da "İnanıram" tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 10 manat.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da "Xurşidbanu Natəvan" tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 8-15 manat.

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 19:00-da "Solğun Çiçəklər" adlı tamaşa göstəriləcək.

Biletlərin qiyməti: 7-10 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 8-15 manat.

9 noyabr

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00 və 16:00-da "Əlibaba və 40 quldur" tamaşası uşaqlar üçün təqdim olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 12:00-da "Qoğalın sərgüzəştləri" tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 7-10 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 12:00-da "В гостях у сказки!" ("Nağıllar aləmində") tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Kukla Teatrında saat 18:00-da "Durna balığı" tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 19:00-da "Qağayı" tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 8-10 manat.

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 19:00-da "Müsyö Jordan və Dərviş Məstəli Şah" adlı tamaşa göstəriləcək.

Biletlərin qiyməti: 7-8 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da "Amerikalı kürəkən" tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 19:00-da "Мусье Жордан, Ученый ботаник и дервиш Масталишах, знаменитый колдун" ("Müsyo Jordan, botanik və Dərviş Məstəli şah") tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 15 manat.

10 noyabr

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00 və 16:00-da "Lokomotiv və vaqonlar" tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 12:00-da "Göyçək Fatma" tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 7-10 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 12:00-da "Сказка о царе Салтане, князе Гвидоне и прекрасной царевне Лебеди" ("Şah Saltan, knyaz Qvidon və şahzadə haqqında nağıl") tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Kukla Teatrında saat 18:00-da "Pişiyin evi" tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da "Qadınım" adlı tamaşa göstəriləcək.

Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında saat 19:00-da "Quş dili" tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, tamaşa Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində oynanılacaq.

Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 19:00-da "Yarımçıq qalmış" tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 8-10 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 19:00-da "Али и Нино" ("Əli və Nino") tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 15 manat.

Xanım Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Noyabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri