Icma.az
close
up
RU
Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? AFİŞA

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? AFİŞA

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakı sakinlərinin və paytaxtımıza gələn qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirləri afişasını təqdim edirik.

Oxu.Az xəbər verir ki, 27 oktyabr-2 noyabr tarixlərini əhatə edən siyahıda paytaxtda keçiriləcək tamaşalar, konsertlər və digər müxtəlif tədbirlər yer alıb.

Bu həftə də mədəni istirahətə üstünlük verən tamaşaçılar teatr səhnələrində sevilən tamaşalarından, musiqisevərlər isə məşhur ifaçıların konsertlərindən zövq ala biləcəklər.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Noyabr ayının 1-i və 2-si saat 20:00-da müasir rəqs janrında "Baku Arts Festival: Delay the Sadness | Sharon Eyal" keçiriləcək. Musiqi Josef Laimon, işıq quruluşu isə Sharon Eyal-ın daimi tərəfdaşı Alon Cohen tərəfindən hazırlanıb. Əsər Avropanın aparıcı festivallarının birgə istehsalıdır və dünya premyerasından dərhal sonra ilk dəfə BIAF-da təqdim olunacaq.

Biletlərin qiyməti: 35-220 manat arasında dəyişir.

Noyabrın 2-si, saat 12:00-da və 19:00-da "Manqurt" tamaşası oynanılacaq.

Tamaşa Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində oynanılır. Tamaşanın quruluşçu rejissoru Anar Babalıdır.

Biletlərin qiyməti: 10-12 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı (GTT)

Noyabrın 2-si, saat 12:00-da GTT-da alleqorik dram janrında olan "Çipollino" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Yelena İvanovadır.

Tamaşa 1 hissəlidir və 1 saat 5 dəqiqə davam edəcək.

Biletlərin qiyməti: 8-12 ₼

Noyabrın 1-i, saat 19:00-da isə GTT səhnəsində "Ağ ölüm" tamaşası yer alacaq.

Psixoloji dram janrında olan tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.

Yaş həddi 18+ olan tamaşa 1 saat 10 dəqiqə davam edəcək.

Biletlərin qiyməti: 10-15 manat.

Noyabrın 2-si, saat 19:00-da GTT-da "Tanrıya on dörd məktub" tamaşası olacaq.

Dram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

İki hissəli tamaşada I hissə - 1 saat, II hissə - 55 dəqiqə davam edəcək.

Biletlərin qiyməti: 8-10 manat.

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı

Noyabrın 1-i, saat 12:00-da "Nağıllar aləmində" tamaşası oynanılacaq.

Tamaşanın rejissoru Vladimir Neverovdur.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Noyabrın 1-i və 2-si, saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Baku Arts Festival: TITIZÉ - A Venetian Dream | Daniele Finzi Pasca (İsveçrə) keçiriləcək.

Səhnədə dünyanın 46 ölkəsində qastrol etmiş məşhur Compagnia Finzi Pasca teatr qrupundan olan 10 aktyor, akrobat və musiqiçi çıxış edir.

Biletlərin qiyməti: 20-200 manat.

Azərbaycan Dövlət Yuğ Teatrı

Noyabrın 2-si, saat 20:00-da YUG teatrının səhnəsində "Asılqan" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyevdir.

Biletlərin qiyməti: 5-15 manat.

Şuşa Dövlət Musiqili Dram Teatrı

Oktyabrın 31-i, saat 19:00-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində "Arqon" tamaşası oynanılacaq.

Nihilistik akt təyinatında olan tamaşanın quruluşçu rejissoru Rəvan Hüseynzadədir.

Biletlərin qiyməti: 7-10 manat.

Noyabrın 1-i, saat 19:00-da isə tamaşaçılar "Anamın Kitabı" tamaşasını izləyə bilərlər.

Tamaşanın quruluşçu rejissoru lalə Şirinovadır.

Biletlərin qiyməti: 7-10 manat.

Noyabrın 2-si, saat 12:00 və 14:00-da balaca tamaşaçılar "Ayı və rəssam", saat 16:00-da isə "Tənbəl dovşan" tamaşasını izləyə biləcəklər.

Biletlərin qiyməti: 7-8 manat.

Noyabrın 2-si, saat 19:00-da isə Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsi tamaşaçılara H.Cavidin "Ana" tamaşasını təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Tamaşanın müddəti 1 saat 20 dəqiqədir.

Biletlərin qiyməti: 7-8 manat.

Heydər Əliyev Sarayı

Oktyabrın 27-si, saat 19:00-da Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun "Eşq və ölüm" adlı 2 pərdəli baleti oynanılacaq.

"Kitabi Dədə Qorqud" eposunun motivləri əsasında yazılan librettonun müəllifi və quruluşçu xoreoqraf Nadejda Malıgina, dirijor Əməkdar artist Əyyub Quliyevdir. Balet II hissəlidir.

Biletlərin qiyməti: 15-45 manat.

Oktyabrın 29-u, saat 20:00-da isə dünyaca məşhur kamança və bağlama ustası, dərin melodiyaların sənətkarı Mark Eliyahu Heydər Əliyev Sarayında tamaşaçı qarşısına çıxacaq.

Biletlərin qiyməti: 39-189 manat.

Oktyabrın 31-i və noyabrın 1-i, saat 19:00-da Saray səhnəsi Röyanın ixtiyarına veriləcək. Konsertdə müğənninin sevilən hitləri səslənəcək.

Biletlərin qiyməti: 40-180 manat.

Noyabrın 2-si, saat 19:00-da "Tynda.music" simfonik orkestr və xorun ifasında dahi kino bəstəkarı Hans Zimmerin yeni musiqi proqramını təqdim edəcək.

Biletlərin qiyməti: 25-90 manat.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Oktyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri