Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

“Bu, həm də Ukraynada yaşayan azərbaycanlıların müharibəsidir” “Ukraynada Zalujnının reytinqi çox yüksəkdir, amma...”

“Bu, həm də Ukraynada yaşayan azərbaycanlıların müharibəsidir” “Ukraynada Zalujnının reytinqi çox yüksəkdir, amma...”

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı “AzPolitika”-nın suallarını cavablandırıb. O, Ukrayna xalqının Rusiya işğalına qarşı dirənişi, cəmiyyətin daxilində gedən proseslər, habelə bu ölkədəki Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı fikirlərini açıqlayıb.

Müsahibəni təqdim edirik:

- Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin üçüncü ili yaxın günlərdə tamam olacaq. Hazırda Ukrayna cəmiyyətində ab-hava necədir?

- Bəli, bu gün 2022-ci il 24 fevral tarixində başlanan genişmiqyaslı Rusiya - Ukrayna müharibəsinin 1084-ci günüdür. Göründüyü kimi, bu müddətdə qüvvələr nisbətində dəfələrlə fərqə baxmayaraq, mübariz və məğrur Ukrayna xalqı Rusiya imperializminə qarşı döyüşür. Təbii ki, narahatçılıq, yorğunluq var, amma buna rəğmən, Ukrayna xalqı nəyin uğrunda mübarizə apardığının fərqindədir. Çünki öz torpağını qoruyur, azadlığı və suverenliyi uğrunda mübarizə aparır. Bütün bu sadaladıqlarımın fonunda Ukrayna cəmiyyətinin əsas hissəsində hazırda nisbətən optimist əhval-ruhiyyə var. Ukrayna ordusunun son dövrlər Rusiyanın əsasən hərbi-sənaye kompleksi, enerji infrastrukturu və neft-qaz bazalarını vurması cəmiyyətdə inam yaradır. Məqsəd də Rusiyaya daha çox ziyan vurmaq, onun maliyyə mənbələrinə çıxışını əngəlləməkdir. Yəqin sizin də media məkanından məlumatınız var ki, Ukrayna ordusunun son aylarda bu sahədə dağıdıcı zərbələri nəticəsində Rusiyaya milyardlarla ziyan vurulub. Söz yox ki, Rusiya öz xislətinə uyğun olaraq Ukraynanın dinc şəhərlərini hədəfə alır, mülki əhaliyə ziyan vurur.

Daha sonra Ukrayna ordusunun Kurskda keçirdiyi uğurlu hərbi əməliyyatlar orduda və əhalidə özünə inam hissi yaradıb. Müharibə başlayanda kimsə desəydi ki, müharibə Rusiya ərazisinə keçəcək, həmin şəxsə birtəhər baxardıq. Amma bu gün müharibə Kursk daxil, Rusiyanin Ukrayna ilə sərhədyanı Belqorod, Krasnodar, Voronej, Rostov və s. ərazilərində hiss olunur. Ukrayna müharibə dövründə ərazilərini itirib, bu da Rusiyanın taktiki uğuru hesab oluna bilər. Krımın Xerson vasitəsilə su problemini həll edib. Lakin müharibə başlayanda Rusiyanın daha böyük hədəfləri vardı. Məqsəd Ukraynanı tamamilə işğal edib, Kiyevdə hakimiyyəti dəyişdirmək, öz morionetini hakimiyyətə gətirmək, Ukraynanı silahsızlaşdırmaq və Odessanı işğal etməklə, Ukraynanın dənizə çıxışının qarşısını almaq idi. Yuxarıda sadaladığım halların heç biri baş verməyib, Ukrayna ayaqdadır və mübarizə davam edir.

Rusiya əvəzində Baltik dənizini itirib, çünki bu dəniz NATO-nun daxili dənizinə çevrilib. Yəni, İsveç və Finlandiyanın bu quruma üzv olunması ilə NATO Rusiya ilə sərhədlərinin uzunluğunu 2600 kilometrə kimi artırıb.

- Keçirilən müxtəlif sorğulara görə, insanların bir qismi pessimistdir, müharibədən yorulub, xüsusən yaxınlarını itirənlər müharibənin tez bitməsini arzulayırlar. Siyasi hakimiyyətin bu istiqamətdə istənilən qərarı qəbul etməsinə cəmiyyətdən dəstəyi varmı? Ukrayna siyasi palitrasında hansı mövqelər var? Zelenski hakimiyyətinin mövqeyi məlumdur, amma Brtitaniyadakı səfir Zalujnı, eks-prezident Poroşenko, siyasi liderlərdən Timoşenko, Kiyevin meri Kliçko prezidenti tənqid edirlər. Bu yaxınlarda onların ABŞ-yə də səfəri oldu. Bu qüvvələr nə istəyirlər, onlara cəmiyyətin münasibəti necədir?

- Ukraynada daxili siyasi mübarizə ötən ilin ortalarından hiss olunmağa başlayıb. Çünki Ukrayna müstəqilliyi dönəmində, yəni 33 il ərzində keçirilmiş seçkilər nəticəsində 6 prezident dəyişib. Bu da öz-özlüyündə Ukrayna cəmiyyətinin hadisələrə aktiv yanaşma tərzindən xəbər verir. Nə xoş haldır ki, Ukraynada müharibə başlayanda bütün siyasi qüvvələr Ukrayna bayrağı və prezidenti ətrafında birləşdi. Hər kəs öz imkanları çərçivəsində Rusiya imperializminə qarşı səfərbər oldu. Ukraynanın bu müddətcə müqavimət göstərməyinin bir səbəbi də daxildə olan vətəndaş həmrəyliyi idi. 2023-cü ilin may ayında prezidentin, sentyabr ayında isə parlamentin səlahiyyət müddəti bitib. Amma hərbi vəziyyət elan olunduğundan seçki keçirilə bilməz. Həm də Ukrayna Konstitusiyasının 108-ci maddəsinə görə növbəti prezident seçilənə qədər özündən əvvəlki prezident səlahiyyətlərini icra edir.

Ukrayna cəmiyyətində Silahlı Qüvvələrin keçmiş komandanı Valeri Zalujnının reytinqi çox yüksəkdir. Bu gün Zalujnı Ukraynanın Böyük Britaniyadakı səfiridir. Ukraynada müharibə başlayan gündən Ukrayna ordusunun bütün döyüş əməliyyatlarını hazırlayan şəxs olub, Kiyevin müdafiəsi və Qostomel aeroportunda Rusiya desant qüvvələrinin məhv edilməsi onun adıyla bağlıdır. Buna görə də onun ölkə əhalisi içində reytinqi çox yüksəkdir (təqribən 25-30%). Əgər seçki olarsa, düşünürəm ki, Ukrayna cəmiyyəti köhnə simalara - adını çəkdiyiniz Timoşenko, Kliçko, Poroşenkoya etibar etməz. Yeni sürpriz namizəd də ola bilər, bu, seçki prosesindən asılıdır. Bu arada Zelenskinin təkrar namizəd olmayacağı da deyilir. Əgər belə olarsa, Zalujnının namizəd olacağı təqdirdə seçilmə şansı yüksəkdir. Bu halda Ukrayna cəmiyyətində raşizmə qarşı mübarizə daha şiddətli ola bilər. Amma bütün bunlar atəşkəs olacağı halda mümkündür. Düşünürəm ki, Zelenski namizəd olarsa, Zalujnı namizədliyini verməz. Zelenkinin də namizəd olma şansı 50/50-dir.

- Donald Trampın Rusiya - Ukrayna müharibəsi ilə bağlı çıxışları narahatlıq doğurur. Ukrayna xalqının ABŞ-dən gözləntiləri nədir?

- Trampın hakimiyyətə gəlməsi Ukrayna cəmiyyətində əhval- ruhiyyəni dəyişib. Cəmiyyət Trampın hansı addımlar atacağını böyük maraqla gözləyir. Tramp proqnozlaşdırılmayan siyasətçidir. Amma onun hansı addım atmasından asılı olmayaraq, Ukrayna cəmiyyəti mübariz ovqatdadır. Düşünürəm ki, bu cəmiyyət təslim olmadısa, müqavimət göstərdisə, ona zaval yoxdur.

- Ukrayna çoxmillətli ölkədir, bu baxımdan Rusiya təcavüzünə qarşı müxtəlif xalqların nümayəndələrinin mövqeyi də önəmlidir. Ötən 3 ildə azərbaycanlıların və digər diasporaların fəaliyyəti Ukrayna cəmiyyətinin yaddaşında necə qalacaq? Ukrayna azərbaycanlılarının güzəranı, diasporanın fəaliyyəti hansı vəziyyətdədir?

- 24 vilayət və bir Krım yarımadasından ibarət olan Ukraynada 500 minə yaxın soydaşımız yaşayır. Bu rəqəm çox da ola bilər, lakin indi müharibə şəraitidir, ölkədən məcburi şəkildə gedənlər də az deyil. Amma buna rəğmən qalan, fəaliyyət göstərən soydaşlarımız da yüzminlərlədir. Müharibə başlayan gündən Ukraynada yaşayan digər xalqlar kimi biz azərbaycanlılar da əlimizi daşın altına qoyduq, Ukrayna xalqı ilə çiyin-çiyinə mübarizə aparırıq. Müharibənin əvvəli çox çətin idi, əsas işimiz insanları daha təhlükəsiz yerlərdə yerləşdirmək idi. Bu səbəbdən Kiyevdən qatarlar, avtobuslar təşkil olunurdu. Bu haqda elan verib, marşrutların xəttini deyirdik. Daha sonra soydaşlarımız, əsasən iş adamları humanitar sahədə dəstək olurdu. Restoranlar, mağazalar və digər obyektlər müharibənin ən ağır dönəmlərində öz köməkliklərini göstərdilər. Bu xüsusda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun hər bir fəalına göstərdiyi fəallığa görə təşəkkür edirəm. Hər kəs öz bilik və qabiliyyəti ilə ümumi işə töhfə vermiş oldu.

Müharibə olmasına rəğmən Azərbaycanla bağlı bayram və ya anım tədbirləri keçiririk. Ukraynada yaşayan minlərlə soydaşımız cəbhədə ümumi düşmənə qarşı vuruşur. Təəssüflər olsun ki, Ukraynanın azadlığı və suverenliyi uğrunda artıq 70-ə yaxın soydaşımız həlak olub. Onların anım tədbirlərini Diasporamızın idarə heyətinin üzvü, “Ukrayna-Azərbaycan Müharibə Döyüşçüləri Qardaşlıq Cəmiyyəti”-nin sədri Vidadi İsrafilov ən yüksək səviyyədə keçirir. Bu təşkilat müharibə dövründə çox işlər görür. Cəbhədə yaralananların köçürülməsi, yaralılara tibbi yardım, həlak olanların ailələlərinə sosial-hüquqi yardım və s. qeyd etmək olar.

Mən yekunda qeyd etmək istərdim ki, Ukraynada yaşayan soydaşlarımız bu müharibəni öz müharibəmiz kimi bilir. Çünki işğalçıya, ümumi düşmənə qarşı mübarizə hər bir ölkənin və xalqın maraqlarına cavab verir. Yaşasın Azərbaycan! Yaşasın Ukrayna!

E.Rüstəmli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see321

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see263

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri