Icma.az
close
up
RU
Ukraynada yaşayan azərbaycanlıların problemləri Ali Radada qaldırılıb

Ukraynada yaşayan azərbaycanlıların problemləri Ali Radada qaldırılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Kiyev, 5 iyun, AZƏRTAC

Kiyevdə, Ukrayna Ali Radasında milli icmaların nümayəndələrinin Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko ilə işgüzar görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri Nataliya Naumenko, Ukrayna Xarici İşlər Nazirliyinin, Nazirlər Kabinetinin, Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatının nümayəndələri, xalq deputatları və ölkədə fəaliyyət göstərən milli icmaların təmsilçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycan icmasını Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Aparat rəhbəri Xəyyam Dünyamalızadə təmsil edib.

Görüş zamanı miqrasiya siyasətinin aktual məsələləri, Ukrayna Nazirlər Kabinetinin 141 nömrəli sərəncamının tətbiqindən irəli gələn problemlər, sənədləşmə, müxtəlif kateqoriyadan olan şəxslərin hüquqi statusu və milli icmaların üzvlərini narahat edən digər məsələlər müzakirə olunub.

Xəyyam Dnüyamalızadə Ukraynada yaşayan azərbaycanlıların üzləşdiyi bir sıra problemləri diqqətə çatdırıb. O, xüsusilə miqrasiya xarakterli məsələlərin, sənədləşmə prosedurlarında yaranan çətinliklərin, soydaşlarımızın qanuni hüquq və mənafelərinin müdafiəsi ilə bağlı mövcud problemlərin həllinin vacibliyini vurğulayıb.

Həmçinin Azərbaycan vətəndaşlarının ölkəyə girişində qarşılaşdığı problemlər, xüsusilə Moldovadan transit yolla Ukraynaya gələn zaman üzləşdiyi problemlər Xarici İşlər Nazirliyinin nümayəndəsinin diqqətinə çatdırılıb.

Müzakirələr zamanı dövlət qurumları ilə milli icmalar arasında əməkdaşlığın daha da gücləndirilməsinin, bütün vətəndaşlar üçün bərabər hüquq və imkanların təmin edilməsinin, eləcə də Ukraynada milli həmrəyliyin möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri