Icma.az
close
up
RU
Bu heyvanların əti haramdır, bazara çıxarılması və istifadəsi qadağan edilməlidir Ekspertdən TƏKLİF

Bu heyvanların əti haramdır, bazara çıxarılması və istifadəsi qadağan edilməlidir Ekspertdən TƏKLİF

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəzi ekspertlər təklif edirlər ki, at, eşşək, pişik və it əti birmənalı şəkildə qadağan olunmalıdır.

Qida eksperti Asim Vəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Qazaxıstan, Qırğızıstan, Monqolustanda ənənəvi mətbəxdə at əti xüsusi yer tutur və milli yeməklər hazırlanır.

Onun sözlərinə görə, hətta bəzi Avropa ölkələrində də satıldığı və istifadəsinə dair məlumatlar var:

"Eşşək əti isə Çin və bəzi Afrika ölkələrində istifadə olunur. Qida təhlükəsizliyi baxımından bu heyvanların ətinin istifadəsi insan sağlamlığı üçün yüksək risk daşıyır. At və eşşək əti bəzi hallarda zülal tərkibli qida kimi görünsə də, çox vaxt baytarlıq nəzarəti olmadan, qeyri-qanuni şəraitdə kəsildiyi üçün mikrobioloji çirklənmə, xəstəliklərin yayılmasına səbəb ola bilər. Pişik və it isə ev heyvanı sayıldığına görə onların ətinin istifadəsi həm sanitar-gigiyenik, həm də etik baxımdan təhlükəli, qəbuledilməzdir. Bu heyvanlarda tez-tez quduzluq və digər yoluxucu xəstəliklər müşahidə olunur. Bunlar insan sağlamlığına birbaşa təhlükə yaradır".

Mütəxəssis əlavə etdi ki, İslam şəriətinə görə halal və haram anlayışları açıq şəkildə müəyyən olunub.

"Qurani-Kərimdə və hədislərdə at ətinin istifadəsi bəzi məzhəblərdə bəyənilməsə də, haram hesab edilmir. Amma it və pişik əti İslam alimlərinin yekdil rəyinə görə haramdır. Məsələ təkcə qida dəyəri ilə məhdudlaşmır, həm də dini, etik və sağlamlıq aspektlərini əhatə edir. İnsan orqanizmi üçün təhlükə yaradan, dini baxımdan da qəbul olunmayan bu heyvanların ətinin bazara çıxarılması və ya qida məqsədilə istifadəsi birmənalı şəkildə qadağan edilməlidir. İctimaiyyət arasında maarifləndirmə gücləndirilməli, halal və sağlam qida prinsiplərinə üstünlük verilməlidir", - deyə Asim Vəliyev vurğuladı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri