Icma.az
close
up
RU
Bu idmançı tennis oynamaqla 1 milyard dollar qazandı

Bu idmançı tennis oynamaqla 1 milyard dollar qazandı

Azpost saytına istinadən Icma.az xəbər verir.

İsveçrəli məşhur tennisçi Rocer Federer “Forbes” jurnalının milyarderlər siyahısında yer alıb.

Nəşrin hesablamalarına görə, 44 yaşlı idmançının sərvəti 1,1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. O, 2022-ci ildə karyerasını başa vuranadək turnirlərdən 130 milyon dollardan bir qədər çox mükafat qazanıb.

Lakin tennis karyerası ərzində sponsorluqlar, çıxışlar və digər biznes fəaliyyətlərindən təxminən 1 milyard ABŞ dolları qazanıb. Bu məbləğ Novak Cokoviç və ya Rafael Nadalın qazandıqlarının iki qatından çoxdur. R.Federer bəzi brendlərlə on ildən artıq müddətdə əməkdaşlıq edib və ardıcıl 16 il dünyanın ən yüksəkgəlirli tennisçisi olub.

2020-ci ildə isə R.Federer bütün idmançılar arasında liderlik edərək, 106,3 milyon dolları gəlir əldə edib. Bundan əlavə, R.Federer investisiyalarla da fərqlənib. İsveçrənin qaçış ayaqqabıları istehsal edən “On” şirkətinə yatırdığı sərmayə ona xeyli gəlir gətirib.

İsveçrəli tennisçi idman karyerasının aktiv dövründə ümumi gəliri 1 milyard dolları keçmiş cəmi yeddi idmançıdan biri kimi tarixə düşüb. Bu siyahıya basketbolçu Lebron Ceyms, qolfçu Tayqer Vuds və Fil Mikkelson, futbolçu Kriştiano Ronaldo və Lionel Messi, eləcə də boksçu Floyd Meyvezer daxildir.

Qeyd edək ki, idman tarixində ilk milyarder tennisçi rumıniyalı İon Țsiriak olub. Kommunizmin süqutundan sonra biznes fəaliyyətinə başlayan İ.Tsiriak daşınmaz əmlak, avtomobil satışı və maliyyə xidmətləri sahəsində böyük sərvət qazanıb. O, 2007-ci ildə “Forbes”in milyarderlər siyahısına daxil edilib və hazırda sərvəti 2,3 milyard dollar dəyərində qiymətləndirilir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Avqust 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənc valideynlər niyə övladlarına milli ad verməkdən çəkinirlər?

23 Avqust 2025 02:18see167

“Putin Ukraynaya hücum barədə düşünməsin deyə...”

23 Avqust 2025 04:32see135

“Tramp Putini dayandıra biləcək yeganə şəxsdir” Zelenski

22 Avqust 2025 20:24see135

AFFA nın baş katibi “Qarabağ”ın qonağı olub Şəkillər

23 Avqust 2025 06:01see134

Avtomobil almaq istəyənlərə şad xəbər: say artdı, xərc azaldı 4 min manat...

23 Avqust 2025 07:01see132

Benfika dan Beşiktaş a maraqlı mesaj

22 Avqust 2025 23:46see129

Premyer Liqa klubu 70 milyona hücumçu alır

22 Avqust 2025 23:39see129

Əhalinin qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb RƏY

23 Avqust 2025 15:33see125

Sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib ŞƏRH

23 Avqust 2025 07:31see124

Kralı təhqir edən siyasətçi və milyarderə bəraət verildi

22 Avqust 2025 18:15see123

Ali Baş Komandanın Kolatağ və Vəngliyə səfəri Böyük Qayıdışın sevinc anları

22 Avqust 2025 18:27see123

Niger ordusu: Boko Haram ın lideri öldürülüb

23 Avqust 2025 00:11see123

Qars İğdır Dilucu dəmir yolu xətti Orta Dəhlizlə strateji inteqrasiyanı gücləndirəcək Deputat

22 Avqust 2025 16:31see123

Aİ Ukrayna üçün 4 milyarddan çox vəsait ayırdı

22 Avqust 2025 17:48see122

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see122

Slavyan Universitetində plan yerləri nə qədər dolub? Rektor AÇIQLADI

23 Avqust 2025 16:11see121

İsrailə yüzlərlə raketlə hücum başladı: Fövqəladə vəziyyət elan edildi

23 Avqust 2025 00:19see120

Əməkdar artist ilk dəfə ərini PAYLAŞDI VİDEO

22 Avqust 2025 16:28see120

Üz ifadəsindən insanın yalan danışdığını müəyyən etmək mümkündür? (TƏDQİQAT)

24 Avqust 2025 09:19see118

Aİ nin Ukraynaya yardımı 168,9 milyard avroya çatıb

22 Avqust 2025 18:08see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri