Bu iki rayona qar yağdı
Icma.az, Lent az saytına istinadən bildirir.
Aprelin 26-sı saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağış, Daşkəsən və Gədəbəy rayonunun yüksək dağlıq ərazilərinə isə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Quba, Göygöl, Gədəbəydə 5, Qusar 3, Daşkəsən 2, Xaçmaz, Gəncə, Naftalan, Şabran Astara, Yardımlı, Astara, Lənkəran, Lerikdə 1 mm-dir.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 26, Ağdam, Naftalanda 24, Tərtər, İsmayıllıda 22, Oğuzda 21 Neftçala, Qəbələ, Bərdədə 20, Bakıda və Abşeron yarımadasında, Zaqatala, Balakən, Şəki, Zərdab, Daşkəsəndə 18, Sabirabadda 17, Mingəçevir, Qobustan, Biləsuvarda 16, Culfada 15 m/s-yə çatıb.
Gəncə, Şəmkir, Altıağac, Qusar, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
Baxış sayı:138
Bu xəbər 26 Aprel 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















