Icma.az
close
up
RU
Bu il 285 müəllifin əsəri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib

Bu il 285 müəllifin əsəri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 iyun, AZƏRTAC

Müəllifləri və hüquq sahiblərini maraqlandıran məsələlərə dair, o cümlədən pozulmuş müəlliflik hüquqlarının bərpası, piratçılıq və plagiat faktları, habelə əsərlərin dövlət qeydiyyatından keçirilməsi ilə bağlı müraciətləri cavablandırmaq üçün Əqli Mülkiyyət Agentliyində Çağrı Mərkəzi (960) və ictimai əsaslarla “Hüquq məsləhətxanası” fəaliyyət göstərir. Çağrı Mərkəzinə, “Hüquq məsləhətxanası”na, Agentliyin elektron poçtuna və sosial şəbəkə hesablarına daxil olan hər bir müraciətlə bağlı ətraflı araşdırma aparılır, bununla əlaqədar qanunvericiliyin tələbləri və müraciətdə qeyd edilən məsələnin həlli yolları izah edilir, müəlliflərin, digər hüquq sahiblərinin, ictimai birliklərin nümayəndələrinin və müəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin müraciət və sorğuları operativ şəkildə cavablandırılır və Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərilir.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, ixtira, faydalı model və sənaye nümunələrinin patentləşdirilməsi və əmtəə nişanı və coğrafi göstəricilərin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulu prosesini daha da asanlaşdıraraq, Əqli Mülkiyyət Agentliyində Patent və Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) sistemi yaradılıb. 2022-ci il iyunun 2-dən etibarən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üzrə iddia sənədlərinin qəbulu təkcə kağız daşıyıcıda deyil, onlayn sistem vasitəsilə də elektron formada həyata keçirilir.

“Açıq reyestr” Əqli Mülkiyyət Agentliyində yaradılan PƏNAH rəqəmli informasiya sistemindən sonra şəffaflığa və əlçatanlığa doğru atılan növbəti addımdır. Hər kəs “Açıq reyestr” vasitəsilə qeydiyyata alınmış ixtiralar, faydalı modellər və sənaye nümunələri barədə məlumat axtarışı apara, patentlərin statusunu öyrənə, patent müəllifləri və sahibləri haqqında və digər zəruri məlumatları əldə edə bilir. “Açıq reyestr”ə daxil olmaq üçün Əqli Mülkiyyət Agentliyinin rəsmi internet səhifəsinə müraciət etmək lazımdır. İxtiraların və faydalı modellərin referatlarının və düsturlarının mətnləri ilə isə bu səhifədə tanış olmaq mümkündür.

Müəllif (hüquq sahibi) pozulmuş hüquqlarının bərpasına kömək edilməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyinə yazılı müraciət edə bilər. Bundan sonra müəllifdən (hüquq sahibindən) əsərin və plagiat olması iddia edilən əsərin nüsxələrinin təqdim olunması istənilir, Agentlikdə onların müqayisəli ekspertizası keçirilir və nəticə etibarı ilə plagiat elementlərinin aşkar olub-olmaması barədə rəy hazırlanaraq hüquq sahibinə təqdim edilir.

Eyni zamanda, plagiata yol verən tərəf Agentliyə dəvət edilir, hüquq sahibinin müraciəti barədə məlumatlandırılır, ona müəllif-hüquq qanunvericiliyinin tələbləri izah olunur. Məsələyə hüquq sahibi tərəfinin iddiası əsasında mülki qanunvericiliyə uyğun məhkəmə qaydasında baxıldıqda Agentliyin nümayəndəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə işinə cəlb olunaraq, hüquqları pozulmuş müəllif və hüquq sahibinin qanuni maraqlarını müdafiə edirlər. Agentlik tərəfindən yaradılan bu unikal sistem müəllif hüquqlarının qorunması ilə pozulmuş hüquqların bərpası arasında bir körpü, vasitə kimi çıxış edir.

Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə, zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması, zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi, hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması, pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi barədə qərar qəbul edə bilər.

Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ var.

Pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı cari ilin 5 ay ərzində hüquqi və fiziki şəxslər tərəfindən Agentliyə 9 müraciət daxil olub. Müraciətlərlə bağlı Agentlik tərəfindən müəllif-hüquq qanunvericiliyinə əsasən müvafiq araşdırmalar aparılıb, təqdim edilən sənəd və materiallar təhlil edilib, müqayisə aparılıb və zəruri hallarda digər aidiyyəti qurumlara sorğular göndərilib. Agentlik bu istiqamətdə öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri həyata keçirib.

İstənilən fiziki və ya hüquqi şəxs əsərin dövlət qeydiyyatına alınması üçün e-gov.az Elektron Hökumət Portalı vasitəsilə qeydiyyatdan keçirə bilər.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra Qanun) 5-ci maddəsinə əsasən müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Yəni, qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq Qanunun 14 və 15-ci maddələrində nəzərdə tutulmuş müəllifin şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları qanunla mühafizə olunur.

Bununla yanaşı, Agentlikdə dövlət qeydiyyatından keçirilmiş əsərin hüquq sahibinə nümunəsi Nazirlər Kabinetinin 38 nömrəli Qərarı ilə təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.

Qeyd edək ki, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2024-cü ilədək Agentlikdə ümumilikdə 16000-dən çox əsər və əlaqəli hüquqlarının obyektləri qeydiyyatdan keçirilib. Cari ilin ötən dövründə müəlliflik hüququ obyektlərinin dövlət qeydiyyatı üzrə 285 müəllifə (hüquq sahibinə) və hüquqi şəxsə məxsus 384 əsər Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib. Onlardan elektron qaydada 254 müəllifin 331 əsəri qeydiyyatdan keçirilib.

Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, mediada yayılır, Agentliyin nümayəndələrinin iştirak etdiyi yerli və beynəlxalq tədbirlərdə ətraflı məlumatlar verilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri