Icma.az
close
up
RU
Əqli Mülkiyyət Agentliyində süni intellekt haqqında maarifləndirici tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində süni intellekt haqqında maarifləndirici tədbir keçirilib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Süni intellekt və fizika” mövzusunda tədbir keçirilib.

Agentlikdən XQ-yə bildirilib ki, kitabxananın direktoru Mübariz Məmmədli texnologiyaların inkişafı və onların insan həyatına təsiri, sənaye inqilabının mərhələləri və sosial-iqtisadi transformasiyadakı rolu barədə çıxış edərək Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun bu sahədə bir sıra araşdırmalarının olduğunu qeyd edib. O, cari ilin aprelində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququ və əlaqəli hüquqlar üzrə daimi komitəsinin 46-cı sessiyası çərçivəsində təşkil olunan Müəllliflik hüququ və generativ süni intellekt üzrə məlumat sessiyasında professor K.İmanovun Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri adından “Süni intellekt və müəlliflik hüququ” mövzusunda məruzə etdiyini diqqətə çatdırıb.

Tədbirdə Türkiyənin Sivas Cumhuriyet Universitetinin Fizika ixtisası üzrə məzunu Zeynəb Cəlilova “Süni intellekt və fizika” mövzusunda təqdimat edib. O, süni intellektin təhsildə, elmi araşdırmalarda və gündəlik həyatda yeni üfüqlər açan bir güc olduğunu diqqətə çatdırıb. Məruzədə fizikanın müxtəlif sahələrində süni intellektin imkanlarından istifadə edilərək əldə olunan nailiyyətlərə toxunulub. Qeyd edilib ki, süni intellekt təhsildən tibbə qədər bir çox sahədə sürətlə yayılmaqdadır və buna əsasən demək olar ki, süni intellekt özündə həm güclü imkanlar, həm də ciddi ehtiyat tələb edən problemlər daşıyır.

İnteraktiv keçən tədbir mövzu ətrafında müzakirələrlə davam edib və iştirakçıların sualları cavablandırılıb.

Tədbir çərçivəsində təşkil olunan sərgidə RETK-nın fondunda olan süni intellekt və fizika sahələrinə aid nəşrlər nümayiş etdirilib. Sonra tədbir iştirakçıları kitabxananın “Nadir fondu” ilə tanış olublar.

Sonda Z.Cəlilovaya sertifikat təqdim olunub, Ulu Öndərin büstü önündə xatirə fotoşəkli çəkilib.

Tədbirdə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Odlar Yurdu Universiteti və Azərbaycan Kooperasiya Universitetinin nümayəndələri iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Avqust 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri