Bu il 4 yeni metro stansiyasının tikintisinə başlanılacaq
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı metropoliteni bu ilin sonuna qədər dörd yeni stansiyanın tikintisinə başlayacaq.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, Bakı şəhərində nəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində Bakı Metropoliteni tərəfindən "yaşıl xətt"in genişləndirilməsi üzrə mühüm addımlar atılır:
"Layihə çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən təxminən 700 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılıb.
Məlumata görə, ayrılmış vəsait hesabına "yaşıl xətt" üzrə dörd yeni metro stansiyasının tikintisi nəzərdə tutulur. Yeni stansiyalar mövcud xəttin davamı olaraq paytaxtın şimal və şimal-qərb istiqamətində, o cümlədən "Dərnəgül" stansiyasından sonrakı ərazilərdə və Xocəsən istiqamətində yerləşəcək. Bu isə paytaxtın sürətlə inkişaf edən yaşayış massivlərinin metro şəbəkəsinə inteqrasiyasına, həmçinin nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək. Layihə üzrə tender proseslərinin cari ilin sonunadək həyata keçirilməsi planlaşdırılır və nəticələr ictimaiyyətə təqdim olunacaq. Layihə çərçivəsində bu ilin sonunda "yaşıl xətt" üzrə dörd yeni stansiyanın tikintisinə başlanması nəzərdə tutulur". (Oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 08 Aprel 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















