Gələn il yeni hava limanlarının tikintisinə başlanılacaq
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2026-cı ildə Daşkənd, Buxara və Urgençdə yeni hava limanlarının tikintisinə başlamaq planlaşdırılır.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin 2026-2028-ci illər üçün fiskal strategiyasında məlumat verilib.
Sənədə əsasən, gələn il Daşkənd, Buxara və Urgençdə yeni beynəlxalq hava limanlarının tikintisi üzrə layihələrin icrasına başlanılması planlaşdırılır.
Bundan əlavə, hökumət ölkədaxili hava sərnişindaşımalarının həcmini ən azı 1,5 dəfə artırmaq və aviasiya xidmətləri bazarında rəqabət mühitinin yaradılması məqsədilə ən azı 6 beynəlxalq aviaşirkəti cəlb etməyi planlaşdırır.
Xatırladaq ki, bundan əvvəl Daşkənd vilayətində yeni hava limanının tikiləcəyi bildirilmişdi. Onun 2030-cu ilə qədər istifadəyə verilməsi planlaşdırılır. Birinci mərhələdə hava limanı ildə 20 milyon sərnişinə xidmət göstərə biləcək. Hazırda investorların təkliflərinə baxılır.
Süleyman
Bu mövzuda digər xəbərlər:Kəlbəcərdə gələn il 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq
12 Sentyabr 2026 20:01
Gələn il Telavi və Vaziani aeroportlarının tikintisinə başlanılacaq
26 İyun 2026 14:18
Gələn ildən Bakı metrosunda 9 yeni stansiyanın tikintisinə başlanılacaq
23 Sentyabr 2026 12:08
Bu il 4 yeni metro stansiyasının tikintisinə başlanılacaq
08 Aprel 2026 12:07
Bağdadda metro tikintisinə başlanılacaq
07 İyun 2025 23:34
Baxış sayı:163
Bu xəbər 08 Avqust 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















