Bu il Azərbaycanda nə qədər Avro 5 benzini və dizel istehsal olunacaq? RƏQƏMLƏR
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Heydər Əliyev adına Neft Emalı Zavodunda 2026-cı ildə Euro-5 standartına uyğun 1.4 milyon ton avtomobil benzini, 2.3 milyon ton dizel yanacağı istehsalı planlaşdırılıb
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.
SOCAR-dan verilən məlumata görə, 2025-ci ildə Euro-5 standartına uyğun 1.5 milyon ton avtomobil benzini, 2.5 milyon ton dizel yanacağı istehsal edilib.
"Neft emalı və neft-kimya sahəsinin etibarlı, təhlükəsiz, ekoloji cəhətdən təmiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi əsas məqsəd olaraq müəyyən edilib.
Bu çərçivədə ölkə daxilində mühərrik yanacaqlarına olan tələbatın ödənilməsi, idxal neftinin emal imkanlarının artırılması və neft-kimya xammalının stabilliyinin təmin edilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. 2026-cı ildə də bu istiqamətdə tədbirlərin həyata keçirilməsi planlaşdırılır”, - deyə şirkətdən bildiriblər.
Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodu benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu, mazut və digər neft məhsulları istehsal edərək daxili bazarın tələbatının əsas hissəsini ödəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 05 Fevral 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















