Icma.az
close
up
RU
Azərbaycanda hotellər bu qədər qazanır RƏQƏMLƏR

Azərbaycanda hotellər bu qədər qazanır RƏQƏMLƏR

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata əsasən, gecələmələrin ümumi sayının 55,9 faizi Bakıda, 5,2 faizi Qusarda, 5,1 faizi Naftalanda, 4,7 faizi Xaçmazda, 3,9 faizi Qəbələdə, 3,4 faizi Qubada, 3,0 faizi Lənkəranda, 1,8 faizi Gəncədə, 1,6 faizi Şuşada, 1,5 faizi Şamaxıda, hər birində 1,2 faiz olmaqla Naxçıvan Muxtar Respublikası və Masallıda, hər birində 1,1 faiz olmaqla Şabran və Qaxda, 9,3 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

2026-cı ilin yanvar-sentyabr aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə  müqayisədə 4,7 faiz azalaraq 1845,6 min olub ki, bu da ümumi gecələmələrin 57,0 faizini təşkil edib. Gecələmələrin ümumi sayının 12,1 faizi Türkiyə, 11,3 faizi Rusiya Federasiyası, 9,2 faizi İsrail, 6,0 faizi Səudiyyə Ərəbistanı, 5,8 faizi Hindistan, 5,4 faizi Çin, hər biri 4,2 faiz olmaqla Pakistan və Özbəkistan, 4,1 faizi Qazaxıstan, 2,5 faizi Böyük Britaniya, hər biri 2,3 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və  ABŞ, 1,6 faizi Almaniya, 1,3 faizi Küveyt, 1,1 faizi İtaliya, 1,0 faizi Gürcüstan, hər biri 0,7 faiz olmaqla Koreya Respublikası, İran və Ukrayna, 23,5 faizi isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,4 faizi Bakıda, 5,4 faizi Naftalanda, 5,1 faizi Qusarda, 2,8 faizi Qəbələdə, 1,3 faizi Qubada, 4,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrinin sayı 1393,7 min olub ki, bu da ümumi gecələmələrin 43,0 faizini təşkil edib.

2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,6 faiz artaraq 497,3 milyon manat olub ki, onun da 63,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,9 faizi ictimai iaşə xidmətlərindən, 2,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 23,0 faiz olub (2025-ci ilin yanvar-sentyabr aylarında 25,0 faiz). Bu göstərici Naftalanda 46,2 faiz, Neftçalada 42,8 faiz, Şabranda 40,7 faiz, Bakıda 33,2 faiz, Sabirabadda 29,6 faiz, Laçında 28,6 faiz, Qusarda 27,8 faiz, Lənkəranda 22,3 faiz, Qəbələdə 21,8 faiz, Xankəndidə 20,9 faiz, Şamaxıda 20,5 faiz, Beyləqanda 19,1 faiz, Bərdədə 18,7 faiz, Qubada 16,9 faiz, digər şəhər və rayonlarda isə 16,9 faizdən aşağı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Oktyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see481

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see432

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see336

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see283

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see274

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see270

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see266

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see258

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see258

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see238

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see223

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see220

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see215

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see214

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see213

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see207

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see205

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see204

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see190

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri