Icma.az
close
up
RU
Buraxılış imtahanları asan olacaq? Ekspertdən AÇIQLAMA

Buraxılış imtahanları asan olacaq? Ekspertdən AÇIQLAMA

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Buraxılış imtahanlarının tarixi artıq abituriyentlərə məlumdur. Keçən il keçirilən buraxılış imtahanlarında 53 nəfər maksimal bal toplayaraq ən yüksək nəticə göstərib.

Ekspertlər bu göstəricini imtahanlar asan olması ilə əlaqləndirib. Bəs bu il gözləntilər nələrdir?

Modern.az-a danışan elm və təhsil eksperti Elçin Əfəndi bildirib ki, ötən il buraxılış imtahanında son illər ərzində ən yüksək göstərici əldə edildi:

“2019-cu ildə kurikulum əsaslı modelə keçid edildiyindən bəri ən yüksək göstərici ötən il qeydə alındı. 2025-ci ildə əvvəlki illərdəki sual model tipləri ilə daha çox işləyən abituriyentlərin yenə də uğurlu olacağını demək olar. Keçən ilki göstərici olan 53 sayını keçmək bir qədər real səslənməyə bilər, amma n azı ötən ilki nəticəni təkrarlamağa cəhd edən abituriyentlər olacaq”.

Ekspertin sözlərinə görə, imtahan formatında müəyyən dəyişikliklərin olması daha müsbət nəticələrin əldə edilməsinə şərait yarada bilər:

“Uğurlu abituriyentlər var ki, blok imtahanında səhv cavabların doğru cavabları aparmasına görə hələ də tərəddüdlə yanaşırlar. Amma buraxılış imtahanında belə bir problem olmadığı üçün abituriyentlər əsasən yazılı suallardan qaçırlar. Dövlət İmtahan Mərkəzi müəyyən abituriyentlərin açıq sualları cavablandırarkən tərəddüd etməmələri üçün maarifləndirmə aparmalıdır. Bəlkə belə olan halda bilik və bacarıqlarını göstərməyə çalışan abituriyentlərin imtahan nəticələri daha yaxşı ola bilər. Belə bir çağırışın mart ayın 2- yaxud 9-a qədər, hətta 6 aprel tarixinə qədər edərək abituriyentləri motivasiya etmək olar. Belə olan halda yeni rekord qeydə alına bilər”.

E.Əfəndi qeyd edib ki, bir neçə müddət əvvəl buraxılış imtahanında abituriyentlərə tanış olmayan mövzu salınmışdı:

“Abituriyentlər həmin mövzunu tərəddüdlə yazdıqları üçün müəyyən qədər problem yaşamışdılar. Belə mövzular olmasa, abituriyentlərə salınan mətnlər onlara tanış olan mövzular üzərindən salınarsa, o zaman daha yaxşı nəticə əldə etmək olar. Həmçinin imtahanda mətnlərin bir qədər qısa olması Dövlət İmtahan Mərkəzinin diqqətində olmalıdır. Mətnlərin qısa olması abituriyentlərin əlavə vaxt itkisinə gətirməz. Belə olan halda da yüksək bal toplayan abituriyentlərin çoxluğu qeydə alına bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Yanvar 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri