Icma.az
close
up
RU
Bu il BMU nu seçən yüksək ballı abituriyentlərin sayı iki dəfəyə yaxın artıb

Bu il BMU nu seçən yüksək ballı abituriyentlərin sayı iki dəfəyə yaxın artıb

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Bakı Mühəndislik Universitetinə (BMU) 2025-2026-cı tədris ili üçün bakalavriat səviyyəsinə tələbə qəbulunda yüksək göstəricilər əldə olunub. Bu, son iki ildə BMU-nun keyfiyyətli təhsil, tədris prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir infrastruktur, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, ümumilikdə gələcəyə yönəlmiş islahatlar istiqamətindəki uğurlu fəaliyyətinin daha bir bariz göstəricisidir. Qeyd edilənlərlə yanaşı, universitetdə tətbiq olunan innovativ yeniliklər, o cümlədən ikili diplom proqramları, rəqəmsal tədris platformaları, müasir laboratoriyalar, startap yönümlü təşəbbüslər abituriyentlərin BMU-ya üstünlük verməsində mühüm rol oynayıb.

"Unikal" xəbər verir ki, Universitetə builki qəbul planında ixtisasların sayının 36-dan 39-a çatdırılmasına və ayrılan plan yerlərinin artmasına baxmayaraq, bakalavriat səviyyəsi üzrə qəbul 96 faiz, o cümlədən IV və V qruplarda 100 faiz, II qrupda 100 faiz, I qrupda isə 92.86 faiz təşkil edib. Ali təhsil ocağını seçən abituriyentlərin 56.92 faizi dövlət sifarişi əsasında təhsil alacaq.

Birinci mərhələdən sonra universitetə 39 ixtisas üzrə ümumilikdə 2468 nəfər qəbul olub ki, bu da BMU-nun tarixində növbəti ilkdir.

Bundan başqa, BMU-ya üstünlük verən yüksək ballı abituriyentlərin sayında da ötən illə müqayisədə iki dəfəyə yaxın artım qeydə alınıb. Qəbul olanların 395 nəfəri 500-dən yuxarı, 53 nəfəri isə 600-700 bal arasında nəticə göstərib. Yüksək nəticə göstərən abituriyentlərin seçdiyi ixtisaslar sırasında əsasən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri, kimya mühəndisliyi, data analitikası, elektrik və elektronika mühəndisliyi, həmçinin, riyaziyyat, maliyyə, kimya, biotexnologiya, biznesin idarə edilməsi, sənaye mühəndisliyi, inşaat mühəndisliyi yer alıb. Ən yüksək balla BMU-ya qəbul olan abituriyent isə “İnformasiya texnologiyaları” ixtisasını (ingilis bölməsi) seçib.

Ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Avqustun 28-dən sentyabrın 2-dək isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Avqust 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see309

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see216

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see193

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see183

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see137

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri