Icma.az
close
up
RU
Bu il Gəncədə baş vermiş dəhşətli CİNAYƏTLƏR ARAŞDIRMA

Bu il Gəncədə baş vermiş dəhşətli CİNAYƏTLƏR ARAŞDIRMA

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il Gəncə şəhərində cinayət hadisələri çoxalıb. 2025-ci ilin əvvəlindən həm yetkin, həm də məktəblilərin olduğu cinayət halları qeydə alınıb.
Bizim.Media həmin cinayət hadisələrini təqdim edir:
29 aprel Gəncənin Atatürk prospektində 30 yaşlı Eyyub Talıbov tanışı 31 yaşlı Osman Nağıyevi bıçaqlayıb. Bundan sonra 29 yaşlı Alim Quliyev Eyyub Talıbovu bıçaqlayıb. 30 yaşlı Eyyub Talıbov və 31 yaşlı Osman Nağıyev bıçaqlanma ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq Eyyub Talıbov xəstəxanada ölüb.
İyunun 7-si, saat 17:45-də Gəncə şəhər ərazisində Bəxtiyar Heydərov ov silahından açılan atəş nəticəsində həyatını itirib.
15 iyun tarixində Gəncə şəhərinin “Avtozavod” qəsəbəsində silahlı qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Vüsal Əhmədov naməlum şəraitdə ürək nahiyəsindən güllə yarası alaraq həyatını itirib. Qətl törədən 36 yaşlı Hikmət Manafov Vətən Mürahibəsi iştrikaçısı və 3-cü dərəcəli Vətən Müharibəsi əlilidir. O, "Suqovuşanın Azad olmasına görə" medal və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.
19 iyul Gəncə şəhər Bayan küçəsində 2003-cü il təvəllüdlü Həsənli Leyla Səməd qızı aldığı xəsarətdən dünyasını dəyişib. Onun atası tərəfindən döyülərək öldürüldüyü bildirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Səməd Həsənli polis tərəfindən saxlanılıb.
19 avqust Gəncə şəhəri ərazisində avqustun 19-da saat 21 radələrində yetkinlik yaşına çatmayan K.N-nin (şərti) öldürülüb.
Araşdırmalar zamanı yetkinlik yaşına çatmayan R.B-nin (şərti) șəhərin Dəmiryolu vağzalı adlanan ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək K.N-ni (şərti) qəsdən öldürməsi müəyyənləşib və R.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Oktyabrın 2-də Gəncədə qadın bıçaqlanıb. 
Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1987-ci il təvəllüdlü İlahə Məmmədova başının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törətməkdə onun əri şübhəli bilinir. Mübahisəyə qadının ərindən boşanmaq istəyinin səbəb olduğu deyilir.
8 oktyabr tarixində Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirilib.
Hadisə şəhərin Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. 2007-ci il təvəllüdlü Gəncə Şəhər sakini Rihat Cəfərov polisə gələrək təslim olub.
Naibə Məmmədova, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Oktyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri