Icma.az
close
up
RU
Baydenlər ailəsinin əsl siması: cinayətlər, yalanlar, talanan milyonlar ARAŞDIRMA

Baydenlər ailəsinin əsl siması: cinayətlər, yalanlar, talanan milyonlar ARAŞDIRMA

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Artıq ABŞ prezidenti vəzifəsini tərk etmiş Co Bayden siyasi irsi ilə yanaşı, Ağ Evi ailəsinin müdafiəsi üçün bir vasitəyə çevirməsi ilə də yadda qalacxaq. Daha çox mafioz klanın rəhbəri kimi davranan Bayden prezident postundakı son günlərində ailə üzvlərini əhatə edən yüksək səviyyəli qalmaqallarla əlaqədar bir sıra sərəncamlar və qərarlar imzaladı. Bu addımlar tərəfindən ailəsinin nüfuzunu bərpa etmək üçün qanunlardan yan keçmək cəhdi kimi qiymətləndirilir.

Baydenin əməllərinin daimi iştirakçısı isə təbii ki, artıq sabiq dövlət katibti Entoni Blinken idi.

Mütəşəkkil şəbəkənin başında məhz Co Bayden dayanırdı. O, özünü "təcrübəli dövlət xadimi" obrazında təqdim etsə də, oğlu Hanter, qardaşı Ceyms və digər ailə üzvləri korrupsiya, vergi ödəmələrindən yayınma və digər cinayətlərlə bağlı araşdırmaların mərkəzində idi. Bayden, ailəsinin nüfuzunu qorumaq məqsədilə prezidentlik səlahiyyətlərindən istifadə edərək, onların ədalətdən yayınmasını təmin edəcək hüquqi şərait yaratmağa çalışdı.

Donald Trampın andiçmə mərasimindən əvvəl, Ağ Evdən ayrılmadan öncə Co Bayden oğlu Bayden Hanterə və digər ailə üzvlərinə qarşı cinayət təqiblərinin qarşısını alan qərarlar imzaladı. Həmin qərarlara əsasən Hanter Baydenlə yanaşı, Co Baydenin qardaşı Ceyms Baydenin milyonlarla dolları ofşor hesablarında gizlətməsi ilə bağlı istintaqlar dayandırıldı. Habelə, Baydenin ailə üzvlərinə qarşı köhnə materiallar əsasında yeni işlərin açılmasının qadağan edilməsi. Və ən nəhayət, Bayden ailəsi ilə bağlı real məlumatların yayılmasını "dövlət sabitliyinə təhdid" kimi dəyərləndirdi.

"Özüyeriyən baba" adlandırılan Co Baydenin oğlu Hanter Baydenlə bağlı qalmaqallar ABŞ ədalət sistemində ikiüzlü yanaşmanın simvoluna çevrildi. Vergi cinayətləri, korrupsiya əlaqələri və qanunsuz silah sahibi olmasına dair sübutlara baxmayaraq, Hanter ciddi cəzadan yayınaraq minimal cərimələrlə qurtuldu.

Sadəcə, faktlara nəzər salaq:

2020-ci ildə Co Baydenin Hanterin "noutbuk qalmaqalı" ilə bağlı məlumatların seçkilər öncəsi yayılmasına mane olması ictimaiyyətin kompromatları öyrənməsini əngəllədi.

2023-cü ilin iyun ayında Hanter Bayden vergi və silah cinayətləri üzrə günahını etiraf etsə də, həbsdən xilas oldu.

Co Baydenin qardaşı Ceyms Bayden Ağ Evdəki əlaqələrindən istifadə edərək şübhəli müqavilələr bağlamış və bununla da qanunları tapdalamış fiqurdur.

Danılmaz sübutlara rəğmən, Ceyms Bayden cinayət qismində dəyərləndiriləcək əməllərinə görə məsuliyyətə cəlb edilmədi. Çünki arxasında qardaşı Co Bayden vardı. Məhz o, yəni Birləşmiş Ştatların artıq sabiq prezidenti Bayden Ədliyyə Nazirliyi və onun tərəfindən təyin olunan prokurorlardan istifadə edərək araşdırmaları blokladı. Həmçinin, vəzifə səlahiyyətlərindən həyasızcasına sui-istifadə edərək ailəsi ilə bağlı qalmaqallar haqqında məlumatların yayılmasına mane olurdu.

Co Bayden dövrü ABŞ-da Ağ Evin korrupsiya və ailə maraqlarının simvoluna çevrildiyi bir dövr kimi yadda qalasıdır. Ailə üzvlərini və yaxın qohumlarını qorumaq üçün atdığı addımlar ABŞ institutlarına və ədalətə olan inamı sarsıtdı, ölkəni siyasi və mənəvi böhrana sürüklədi.

Keçmiş prezidentin hərəkətləri arxasında hansı digər sirrlərin gizləndiyi gələcəkdə bəlli ola bilər. Fəqət bir məqam dəqiqdir: Co Bayden ABŞ tarixində demokratiya deyil, kriminal dram xatırladan səhifələr buraxmağı bacardı.

ABŞ-ın aotıq sabiq prezidenti Co Bayden ölkəni birləşdirən lider deyil, qalmaqallar və manipulyasiyalarla məşğul olan ailə klanının rəhbəri kimi tarixə düşdü. Prezident postunda atdığı addımlar yalnız ədalətə inamı sarsıtmadı, həm də şəxsi maraqlarını qorumaq üçün hakimiyyətdən sui-istifadənin təhlükəli presedentini yaratdı.

Hanter Baydenə qarşı aparılan araşdırmalara Co Baydenin müdaxiləsi hakimiyyətin şəxsi məqsədlər üçün istifadəsinin açıq nümunəsi oldu. Ədalətli məhkəmə prosesinin əvəzinə cəmiyyət prezidentin oğlunun məsuliyyətdən yayınmasını təmin etmək cəhdlərini izləyirdi. Bu, yalnız ədalət sisteminə zərbə deyil, ABŞ-da nüfuz və əlaqələrin cinayətləri gizlədə biləcəyini nümayiş etdirən açıq mesajdır.

Baydenin hərəkətləri Amerika cəmiyyətində parçalanmanı daha da dərinləşdirdi. Respublikaçılar bunu açıq korrupsiya nümunəsi kimi görür, demokratlar isə Baydeni "siyasi motivli hücumlardan qorunmaq" bəhanəsi ilə müdafiə etməyə çalışırlar. Bu parçalanma ölkənin birliyini və institutlara olan etibarı zəiflədir.

Ukraynanın "Burisma" qaz şirkəti Hanter Baydenə aylıq 83 000 dollar ödəyirdi - baxmayaraq ki, onun energetika sahəsində heç bir təcrübəsi yox idi. Co Bayden isə ABŞ-ın vitse-prezidenti olduğu dövrdə, Burisma şirkətinin fəaliyyətini araşdıran Ukrayna Baş prokuroru Viktor Şokinin istefasına nail olmaq üçün Ukrayna hakimiyyətinə təzyiq göstərirdi. Baydenin Ukraynanı 1 milyard dollarlıq kredit zəmanətindən məhrum etmək təhdidi nəticə verdi: Şokin vəzifəsindən uzaqlaşdırıldı.

Hanter Baydenin şəxsi noutbukundan əldə edilən məlumatlara görə, o, CEFC China Energy də daxil olmaqla, Çinin iri şirkətləri ilə şübhəli müqavilələr bağlamışdı. Bu müqavilələrdən birində 10 milyon dollarlıq məbləğ qeyd olunurdu və bu məbləğin 10%-i "Böyük Şəxs"ə çatmalı idi. Şübhə yox ki, həmin "Böyük Şəxs" bilavasitə Co Bayden idi.

Hanter Baydenin noutbuku pul yuyulması, narkotiklərdən sui-istifadə və qeyri-qanuni müqavilələrlə bağlı sensasiyalı məlumatların mənbəyinə çevrildi. Di gəl, atasının sayəsində bu iş ört-basdır edildi. Əsas hüquq-mühafizə orqanları - Federal Təhqiqat Bürosu və Ədliyyə Nazirliyi - sübutları görməzdən gəldi.

Co Baydenin qardaşı Ceyms isə  soyadından və əlaqələrindən istifadə edərək şübhəli müqavilələr bağlayırdı. Bunlara aşağıdakılar daxildir:

Xəstəxanalarla müqavilələr: 7 milyon dollarlıq layihələrdə Ceyms Bayden xarici investisiyaları cəlb edəcəyini vəd etmişdi, lakin nəticədə pulları mənimsədi. Yaxın Şərq razılaşmaları: Ceyms Bayden Yaxın Şərq investisiyaçılarından müqavilələr alarkən, ABŞ vitse-prezidentinə birbaşa çıxış təklifini əsas arqument kimi göstərirdi.

Müxtəlif fırıldaqçılıq ittihamlarına baxmayaraq, Ceyms Bayden heç vaxt məsuliyyətə cəlb olunmadı. Bu, Co Baydenin administrativ təsiri sayəsində mümkün olmuşdu.

Media və siyasi əlaqələrdən istifadə edərək, Baydenlər faktiki olaraq toxunulmazlıq əldə ediblər.

Baydeni dəstəkləyən iri mediakorporasiyalar ailənin qalmaqallarını gizlətməkdə əsas rol oynayıblar. Hanter və Ceymslə bağlı məlumatlar ya susdurulub, ya da "respublikaçıların hücumu" kimi təqdim edilib.

Ədliyyə Nazirliyi və Baydenin təyin etdiyi yüksək vəzifəli şəxslər ailə ilə bağlı araşdırmaların genişləndirilməsinə mane olublar.

Baydenin prezidentliyi Amerikanın demokratiyasının deqradasiyasının simvoluna çevrildi. Ağ Ev ailənin cinayətlərini gizlətmək üçün vasitəyə çevrilərək ölkənin hüquq sisteminin təməlini sarsıtdı.

Amerika xalqı şəffaflıq və dürüstlük tələb edirdit. Amma Baydenin rəhbərliyi dövründə hakimiyyət mafioz sxemlər üçün örtük olub. Ağ Evi tərk etdikdən sonra Co Bayden ölkəni siyasi və hüquqi qütbləşmə izində buraxdı ki, bu da uzun müddət hiss olunacaq.

Co Baydenin prezidentliyinin ən şok edici cəhətlərindən biri də Ədliyyə Nazirliyinin ailəsini qorumaq üçün bir vasitəyə çevrilməsi idi. Hanter və Ceyms Baydenlə bağlı işlər müstəqil şəkildə araşdırılmaq əvəzinə, sübutların sistematik olaraq görməzdən gəlinməsi və prokurorlara təzyiq göstərilməsi ilə müşayiət olunurdu.

CNN, MSNBC və The New York Times kimi böyük mediakorporasiyalar Baydenlərlə bağlı qalmaqalların gizlədilməsində əsas rollardan birini oynadılar. Bu media qurumları korrupsiya faktlarını "konspiroloji nəzəriyyələr" adlandıraraq, ictimaiyyətin həqiqəti öyrənmək cəhdlərini gözdən saldılar.

Sabiq dövlət katibi Entoni Blinken bunları bilmirdimi? Bilirdi, amma susurdu.

Co Bayden öz hakimiyyətindən istifadə edərək Hanter Baydenə qarşı cinayət işlərinin bağlanmasına nail olmuşdu. Vergi cinayətləri və qanunsuz silah sahibi olmaq kimi aydın faktlar belə görməzdən gəlinirdi.

Prokurorluq, FTB və vergi xidməti birbaşa Bayden administrasiyasının təzyiqi altında idi. Bayden ailəsinin beynəlxalq müqavilələri ilə ABŞ siyasətinə təsiri arasındakı əlaqələri üzə çıxarmaq cəhdləri ən yüksək səviyyədə bloklanırdı.

Bayden ailəsinin korrupsiyası vergi ödəyicilərinə milyardlarla dollara başa gəlib. Ailənin beynəlxalq müqavilələri ABŞ-ın milli maraqlarını sarsıdır, dövlət proqramlarına ayrılmış vəsaitlərin bir hissəsi isə ailə ilə əlaqəli strukturlara yönləndirilir. Belə ki, Co Baydenin Ukrayna siyasətinə müdaxiləsi və Hanterin Çin şirkətləri ilə sıx əlaqələri ABŞ-ın xarici siyasətinin şəxsi mənfəət üçün istifadə edildiyini təsdiqləyir. Eyni zamanda, elə Dövlət Departamentinin məlumatlarına əsasən, beynəlxalq maliyyə yardımlarının əhəmiyyətli bir hissəsi Bayden ailəsi ilə əlaqəli strukturlara yönləndirilmişdi.

Bir sözlə, faktlar, sübutlar və çoxsaylı qalmaqallar göstərir ki, Co Bayden Ağ Evi mütəşəkkil cinayətkar dəstənin fəaliyyət mərkəzinə çevirmişdi. Prezident səlahiyyətlərindən istifadə edərək, o, ABŞ xalqının maraqlarını deyil, ailəsini qoruyurdu.

Bayden təkcə ədalətə olan inamı məhv etmədi, həm də ABŞ-ın dünya səhnəsindəki nüfuzunu şübhə altına aldı.

Amerika xalqı korrupsiyanın girovuna çevrilib, burada ən yüksək hakimiyyət dövlətə deyil, ailə maraqlarına xidmət edir. ABŞ, demokratik dövlət olaraq, Baydenlər ədalətdən kənarda qaldıqca öz qanuniliyini itirmək riski ilə üzləşir.

Elçin Alıoğlu
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Yanvar 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see144

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see141

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri