Bu il görmə məhdudiyyətli 30 a yaxın şəxs sosial reabilitasiya xidmətlərinə cəlb edilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 13 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bu il 28 nəfər gözdən əlilliyi olan şəxsə xidmət göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsinə 5-29 yaşlı şəxslər qəbul edilir.
Benefisiarlar burada sosial, tibbi, pedaqoji, idman və psixoloji reabilitasiya xidmətlərinə cəlb olunurlar. Eyni zamanda, həmin kateqoriyadan olan şəxslərə brayl əlifbası və əl ağacından istifadə öyrədilir, ayaq hissiyyatının artırılması istiqamətində işlər aparılır.
Görmə məhdudluğu olan şəxslər asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra fəaliyyətlərə də cəlb olunurlar. Onlar üçün müxtəlif ekskursiyalar təşkil edilir, təlimlər keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 13 Noyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















