Icma.az
close
up
RU
“Bu il hədəfimiz daşınma portfelini daha da böyütməkdir” “Shark Logistics”in rəhbəri

“Bu il hədəfimiz daşınma portfelini daha da böyütməkdir” “Shark Logistics”in rəhbəri

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2024-cü ilə nəzər salsaq, “Shark Logistics” olaraq bir sıra mühüm uğurlar əldə etmişik. 2025-ci il üçün əsas məqsədimiz xarici ölkələrə yükdaşımasını daha da artırmaq və ölkəmizdə logistika sahəsinin inkişafına töhfə verməkdir”.

Bu fikirləri “Shark Logistics” şirkətinin rəhbəri Amid İbadov 2024-cü ildə əldə olunan nailiyyətlər və 2025-ci il üçün planlardan danışarkən bildirib. Onun sözlərinə görə, ötən il ərzində şirkət həm yerli, həm də xarici bazarlara genişhəcmli yüklərin idxal və ixracını uğurla həyata keçirib.

Amid İbadov əlavə edib ki, 2024-cü il ərzində “Shark Logistics” qonşu və MDB ölkələri ilə yükdaşımaların həcmini artırmağa nail olub. Şirkət Rusiyadan Azərbaycana 2400-dən, əks istiqamətdə isə 1800-dən çox, Belarusdan Azərbaycana 734, əks istiqamətdə 468 TIR müxtəlif növ məhsulların daşınmasını təmin edib. 2025-ci ildə bu göstəriciləri artırmaq, həmçinin digər ölkələrlə yükdaşımaların həcmini genişləndirmək şirkətin əsas hədəflərindən biridir.

Bundan əlavə, o, Rusiya bazarının daşınmalardakı böyük payına diqqət çəkib. Mövsümi amillər nəzərə alınaraq, əsasən kənd təsərrüfatı məhsulları və xammal daşımalarının üstünlük təşkil etdiyini bildirib.

Amid İbadov qeyd edib ki, “Shark Logistics” 2024-cü ildə ölkənin ən böyük qida təminatçısı olan “Avrora MMC”, “Veysəloğlu MMC”, “Araz Market MMC”, “Oba Market MMC”, “Rahat Market MMC”, “Sirab Satış və Dağıtım MMC” kimi yerli şirkətlərlə yanaşı, bir sıra xarici tərəfdaşların da genişmiqyaslı yükdaşımalarını həyata keçirib. Şirkət məhsulların daşınma qaydalarına uyğun olaraq təhlükəsiz və keyfiyyətli çatdırılmasını daim təmin edib. 2025-ci ildə də şirkət tender qalibi olduğu üçün bu şirkətlərlə əməkdaşlığı davam etdirəcək.

Şirkət rəhbəri tender qalibi olduqdan sonra iş prosesi barədə məlumatında qeyd edib ki, sifariş verilən ünvana TIR avtomobilinin təmin edilməsi, yüklənmə, düzgün yollardan istifadə, daşınma dərəcəsinə nəzarət, ünvana çatdırılana qədər koordinatların bildirilməsi, yükün boşaldılması prosesində şirkət nümayəndəsinin iştirakını “Shark Logistics” öz öhdəliyinə götürür. Sonda isə yükün daşınma temperaturunun göstəriciləri, maliyyə sənədləri sifarişçi şirkətin ofisində təhvil verilir və daşınma prosesi başa çatır. “Shark Logistics” əməkdaşlıq etdiyi şirkətlərin hər birinə təminat qarantiyası verir.

2025-ci il üçün isə əsas prioritetlərdən biri yükdaşımaların coğrafiyasını genişləndirərək Avropa ölkələrinə idxal və ixrac proseslərini təşkil etməkdir. Bu, təkcə “Shark Logistics”in inkişafına deyil, eyni zamanda ölkə iqtisadiyyatına da ciddi töhfələr verməyi hədəfləyir. Bundan əlavə, müştəri məmnuniyyətini artırmaq məqsədilə xidmət keyfiyyətinin daha da yüksəldilməsi əsas prioritetlərdən biri olacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Fevral 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri